Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Toy bazarında xaos: qazanan işbazlardı

Dekabr 26, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

Son vaxtlar Bakıda fəaliyyət göstərən şadlıq saraylarında menyu qiymətlərinin nəzərəçarpacaq dərəcədə artması ictimai müzakirələrə səbəb olub.

Belə ki, əvvəllər daha münasib hesab edilən menyuların qiymətləri qısa müddətdə xeyli yüksəlib. Apardığımız müşahidələr göstərir ki, bir müddət əvvəl 50–60 manat aralığında təklif olunan menyular hazırda 70–80 manata, 60–70 manatlıq standart menyular isə 80–90 manat səviyyəsinə qalxıb. Banket menyularında da oxşar artım qeydə alınıb.

Maraqlısı isə odur ki, qiymətlərin artmasına baxmayaraq, müştərilərin əksəriyyəti menyu seçimində qənaət variantlarına üstünlük vermir. Nəticədə süfrəyə verilən yeməklərin hamısı istifadə olunmur, əhəmiyyətli bir hissəsi masada qalaraq israf edilir.

Hazırda paytaxtda fəaliyyət göstərən bir sıra tanınmış şadlıq saraylarında menyu qiymətləri aşağıdakı kimidir:

-“Bağçalı Saray” – 200 AZN-dən başlayır;

-“Meridian Palazzo” – 80 AZN-dən başlayır;

-“By Meridian” – 140 AZN-dən başlayır;

-“Meridian Park Luxury Zal” – 250 AZN-dən başlayır;

-“SS Hall” – 130–160 AZN arası;

-“Grand Opera” – Klassik zalda 110 AZN, Kristal zalda 170 AZN;

-“Sapfir Saray” – 130 AZN-dən başlayır;

-“Böyük Saray” – 250 AZN, 300 AZN və 400 AZN;

-“Monte Karlo” – 60 AZN, 70 AZN və 80 AZN;

-“Altun Saray” – 70 AZN-dən başlayır;

-“Flamingo Palazzo” – 60 AZN, 70 AZN və 80 AZN.

Ümumilikdə, şadlıq saraylarında menyu qiymətləri müxtəlif büdcələrə uyğun təqdim edilsə də, artım tendensiyası açıq şəkildə hiss olunur. Daha sadə və əlçatan menyular 45–70 AZN aralığında dəyişdiyi halda, lüks zallarda qiymətlər 200 AZN-dən başlayaraq daha yüksək səviyyələrə çatır. 

Təbii  ki, burada qazanan restoran sahibləri, menyuları süni şəkildə bahalaşdıran işbazlar, itirən əhalidir. Toy sahibi sanki işbazların onun qohumlarını, dostlarını, yaxınlarını “könüllü” şəkildə soymasına vasitəçilik edir. 

Deputat Elşad Musayev “AzPolitika”ya açıqlamasında Azərbaycanda toy mərasimlərinin təşkili ilə bağlı ciddi problemlərin qaldığını bildirib və israfçılığı tənqid edib.

Deputatın sözlərinə görə, hazırkı toylar nə məkan, nə də məzmun baxımından səmərəli deyil: “Toylarda 5–10 dəqiqədən artıq oturmaq mümkün deyil. Həddindən artıq səs-küy, lazımsız yeməklərin çoxluğu və qiymətlərin kəllə-çarxa çıxması ciddi problemdir. Son vaxtlar hiss olunur ki, menyulardakı yeməklərin miqdarı bir qədər azaldılıb, amma bu yetərli deyil”.

Elşad Musayev qeyd edib ki, Türkiyə və Avropa ölkələri ilə müqayisədə Azərbaycanda toy və yas mərasimlərində israfçılıq daha qabarıqdır: “Qardaş ölkə Türkiyədə və Avropada belə israfçılıq yoxdur. Canlı musiqi də keyfiyyətli deyil, musiqi təhsili olmayan şəxslərə böyük məbləğlər ödənilir. Bu da doğru yanaşma deyil. Toy mərasimlərində ciddi xaos hökm sürür”.

Deputatın sözlərinə görə, bəzi rayonlarda yas mərasimlərinin artıq nizamlanması müsbət addımdır: “Bu yaxınlarda bir icra başçısı da zəng edib dedi ki, rayonda yaslardakı əlavə yeməklər ləğv olunub. Düşünürəm ki, eyni yanaşma toy mərasimlərinə də tətbiq edilməlidir. Bu gün toy xərcləri gənclər üçün ağır yükə çevrilib. 800–1000 nəfərlik toylar ailələri böyük maddi yük altına salır. Elə şərait yaratmalıyıq ki, gənclər evlənəndə ağır borca düşməsin. Rəsmi statistikaya görə, hər iki nikahdan biri boşanma ilə nəticələnir. Qeyri-rəsmi rəqəmlər isə daha yüksəkdir. İsrafçılıq və bahalı toylar gənclərin evlənməsinə mane olur”.

E. Musayev bahalı toyların bir qisminin qanunsuz yollarla varlanan şəxslərin nümayiş xarakteri daşıdığını da qeyd edib: “Bəzi insanlar bahalı toylarla meydan oxuyur. Toya gedənlər də məcbur qalıb yüksək məbləğdə pul yazdırır. Azərbaycanda toy siyasəti yenidən nəzərdən keçirilməlidir. Bizim toy modeli ciddi problemlərlə üz-üzədir və bu sahədə düzgün, balanslı addımlar atılmalıdır”.

Deputat Ceyhun Məmmədov “AzPolitika”ya açıqlamasında bildirib ki, bu gün toy və yas mərasimlərində israfçılıq ən yüksək həddə çatıb və aparılan müzakirələrə baxmayaraq, vəziyyətdə ciddi dəyişiklik müşahidə olunmur.

Onun sözlərinə görə, problem getdikcə daha da mürəkkəbləşir: “Qiymətlərin həddən artıq artması, musiqinin səviyyəsi və səs-küy məsələsi normal və düzgün formada tənzimlənmir. Bu səbəbdən insanların narahatlığı tam başadüşüləndir”.

Deputat qeyd edib ki, problemin həlli üçün iki əsas yol mövcuddur: “Birinci növbədə insanlar özləri anlamalıdırlar ki, bu cür israfçılıq düzgün deyil. Bu gün elə bir vəziyyət yaranıb ki, insanlar sanki pula görə girov götürülür. Stolun üzərində bu qədər yeməyin olmasına real ehtiyac varmı? İnsanlar davranışlarında ciddi dəyişiklik etməlidirlər. İkinci yol inzibati mexanizmlərin tətbiqidir. İnzibati qaydada prosesin tənzimlənməsi müəyyən nəticələr verə bilər. Variantlardan biri də məhz budur, başqa yol qalmaya bilər. Amma bu yanaşma insanlar tərəfindən narahatlıqla qarşılanacaq”.

Deputat hesab edir ki, ideal variant məsələni elə formalaşdırmaqdır ki, proses öz-özünə tənzimlənsin: “Ümid edirik ki, bu problem həllini tapacaq. Əgər tapmasa, dövlət tərəfindən tənzimləmə mexanizmləri barədə ciddi düşünməli və konkret addımlar atılmalıdır. Çünki bu, cəmiyyətdə ciddi narahatlıq doğuran məsələdir və artıq həlli gecikdirilə bilməz”.

E. Bəyməmmədli
AzPolitika.info

Əvvəlki Yazı

Həbsdəki keçmiş icra başçılarından biri amnistiyaya düşür

Növbəti Yazı

Rusiya parçalansa ən böyük pay kimə düşəcək: Çin, ABŞ və Yaponiya pusquda…

EKSKLUZİV

Gənc idmançı Respublika çempionu oldu

Gənc idmançı Respublika çempionu oldu

09 Fevral 2026 / 20:43
14
Partizanlarımızın al qanı Azərbaycan – İtaliya dostluğunun əbədiliyini təmin edib

Partizanlarımızın al qanı Azərbaycan – İtaliya dostluğunun əbədiliyini təmin edib

09 Fevral 2026 / 17:45
0
“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” – MÜHÜM AÇIQLAMA

“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” – MÜHÜM AÇIQLAMA

09 Fevral 2026 / 12:13
8
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

08 Fevral 2026 / 22:54
3

XƏBƏR LENTİ

Gənc idmançı Respublika çempionu oldu

Partizanlarımızın al qanı Azərbaycan – İtaliya dostluğunun əbədiliyini təmin edib

“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” – MÜHÜM AÇIQLAMA

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə – Müasir Dəstək Platforması

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Prezidentdən mühüm mesaj – regionda yeni dövr başlayır

Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti”

“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.