Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Mart 2, 2026
A A

REDAKTORUN SEÇİMİ

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23

Bu ilin yanvar ayında Azərbaycana 202 milyon 419,2 min ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib. Rəsmi statistikaya əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq idxalının dəyəri cüzi – cəmi 0,3 faiz və ya 666 min dollar azalıb. Struktur baxımından idxalda maraqlı mənzərə formalaşıb. Dəyər ifadəsində ən böyük pay meyvə və tərəvəzə məxsus olub, miqdar baxımından isə buğda liderliyini qoruyub. “Yeniavaz” açıqlanan rəsmi məlumatlara istinadən xəbər verib ki, yanvar ayında ölkəyə 37,9 min ton meyvə-tərəvəz gətirilib və bu məhsulların ümumi gömrük dəyəri 33,4 milyon dollar təşkil edib. Beləliklə, idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının orta gömrük dəyəri 1,5 manat (0,88 dollar) olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvarında bu göstərici 1,26 manat (0,74 dollar) idi. Bu isə illik müqayisədə artımın qeydə alındığını göstərir.

Son iki ilin yanvar aylarının göstəricilərinin təhlili göstərir ki, bəzi məhsullar üzrə ciddi qiymət dəyişiklikləri baş verib. Gömrük dəyəri ən çox artan məhsul süd və qaymaq olub – illik artım 27,1 faiz təşkil edib. Əksinə, ən böyük ucuzlaşma düyü üzrə qeydə alınıb. İdxal olunan düyünün orta gömrük dəyəri son bir ildə 21,2 faiz azalıb.

Lakin diqqət çəkən əsas məqam ondan ibarətdir ki, gömrük dəyərində azalma daxili bazarda qiymətlərin ucuzlaşmasına səbəb olmayıb. Məsələn, idxal olunan kərə yağının orta gömrük dəyəri illik müqayisədə 4,9 faiz aşağı düşsə də, pərakəndə satış qiyməti 10 faiz və ya 2,1 manat artıb. Eyni vəziyyət düyü bazarında da müşahidə olunur: gömrük dəyəri 21,2 faiz azaldığı halda, daxili bazarda satış qiyməti 1,2 faiz və ya 9 qəpik yüksəlib.

 

Digər tərəfdən, yanvar ayında qlobal ərzaq qiymətləri ardıcıl beşinci dəfə azalıb. Məlumata görə, ümumi ərzaq qiymətləri indeksi dekabr ayı ilə müqayisədə 0,4 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,6 faiz aşağı düşüb. Qiymətlərin enməsi əsasən süd məhsulları, şəkər və ət üzrə kotirovkaların ucuzlaşması ilə bağlı olub. Bununla belə, ayrı-ayrı məhsul qruplarında fərqli dinamika müşahidə edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) taxıl indeksi yanvar ayında 0,2 faiz artıb. Buğda və qarğıdalı üzrə dünya qiymətlərində cüzi azalma qeydə alınsa da, ümumi indeksdə artım baş verib. Böyük buğda ehtiyatları Rusiya və ABŞ-də payızlıq əkinlər üçün hava risklərinin təsirini kompensasiya edib. Düyü üzrə qiymət indeksi isə 1,8 faiz yüksəlib. Bitki yağlarının qiymət indeksi 2,1 faiz artaraq yüksəliş nümayiş etdirib. Cənub-Şərqi Asiyada istehsalın mövsümi azalması və davamlı idxal tələbi fonunda palma yağının qlobal qiymətləri artıb. Cənubi Amerikadan ixracın azalması və ABŞ-da bioyanacağa yüksək tələbat soya yağının bahalaşmasına səbəb olub. Qara dəniz regionunda təklifin məhdudlaşması günəbaxan yağının da qiymətini yüksəldib. Eyni zamanda Avropa İttifaqına yüksək idxal həcmi səbəbindən raps yağının qiymətində azalma qeydə alınıb.

Ət qiymətləri indeksi də 0,4 faiz aşağı düşüb. Qlobal bazarda təklif bolluğu və zəif tələbat səbəbindən donuz əti ucuzlaşıb. Bununla yanaşı, Braziliyada məhsulun bahalaşması və yüksək ixrac tələbatı quş ətinin qiymətlərini artırıb. Mal və qoyun əti üzrə qiymətlər sabit qalıb. Braziliyadan Çinə tədarükün artması ABŞ tərəfindən rüsumsuz kvotanın sürətlə doldurulmasının təsirini kompensasiya edib. Süd məhsulları üzrə qiymət indeksi də 5 faiz enib. Təklifin kifayət qədər olması nəticəsində pendir və kərə yağı ucuzlaşıb. Bununla belə, Yaxın Şərq, Şimali Afrika və Asiyanın bəzi regionlarında tələbatın bərpası fonunda yağsız quru südün qiymətləri artıb.

Şəkər qiymətləri indeksi 1 faiz azalıb. FAO bunu cari mövsümdə qlobal təklifin artacağı ilə bağlı gözləntilərlə əlaqələndirir. Hindistanda istehsalın bərpası, Tailand üçün əlverişli proqnozlar və Braziliyada müsbət dinamika qiymətlərin aşağı düşməsinə təsir göstərib.

Təşkilat qlobal taxıl istehsalı ilə bağlı yenilənmiş proqnozunu da açıqlayıb. Bildirilib ki, ümumi istehsal həcmi 3,023 milyard tona çatacaq ki, bu da rekord göstərici hesab olunur. Artım əsasən Kanada və Avropa İttifaqında buğda məhsulunun gözləniləndən yüksək olması, həmçinin Çin və ABŞ-də qarğıdalı əkin sahələrinin genişlənməsi və məhsuldarlığın artması ilə bağlıdır. Düyü istehsalının da Hindistan, Banqladeş, Braziliya, Çin və İndoneziya hesabına yüksələcəyi proqnozlaşdırılır.

Əvvəlki Yazı

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Növbəti Yazı

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

EKSKLUZİV

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

02 İyun 2026 / 12:56
2
Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

01 İyun 2026 / 15:44
8
Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

01 İyun 2026 / 14:19
37
Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

01 İyun 2026 / 10:33
10

XƏBƏR LENTİ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Tbilisi qatarının ilk sərnişinləri arasında – Cavid Qurbanov da var+Fotolar

Qazaxda 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib

“Bu dinamika məni qane etmir” – Prezident

Onları qabaqlayaraq – İkinci dəfə “Qızıl buts”a sahib çıxdı

Aldığı pulların hamısını qaytardığını deyib

Toral Bayramov “Qarabağ”dan getdi – Türkiyə klubuna keçdi

3-cü dəfə İTV-nin baş direktoru seçildi

“May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” – Prezident

Prezident müşavirə keçirdi – Fotolar – Yenilənib

Rasim Əsgərovun “Hekayə”si viral oldu (VİDEO)

Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş – Fotolar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.