Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Mart 2, 2026
A A

REDAKTORUN SEÇİMİ

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03

Azərbaycanda aprelin 1-dən nikotin tərkibli elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışı qadağan edilir. Prezident İlham Əliyev artıq “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Milli Məclis isə təklif edib ki, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunsun. Elə satanlar üçün də yüksək məbləğdə müxtəlif cərimələrin tətbiqi təklif olunur.

Elektron siqaretdə nikotindən, müxtəlif iylərdən və qatqılardan ibarət maye var və bu maye qızıb buxara çevrilərək nəfəs borusu vasitəsilə ağciyərə yayılır. Mütəxəssislər bunun ağciyər reaksiyalarına, tənəffüs çatışmazlığına və reanimasiya şəraitində müalicə tələb edən problemlərə səbəb olduğunu söyləyirlər.

Musavat.com öyrənib ki, Azərbaycanda məşhur elektron siqaret (vape) və POD sistemləri brendlərinə Vaporesso, Lost Vape, VOOPOO, Elf Bar, SMOANT və Eleaf daxildir. Bu brendlər birdəfəlik cihazlar, doldurula bilən POD sistemləri və müxtəlif mayelər təklif edir.

Azərbaycanın onlayn vape mağazalarından biri olan Vape By Jojo – elektron siqaret və qəlyan cihazlarının satışını təşkil edir.

Azərbaycana ən çox Malayziya və Çindən çox sayda cihaz və buxarlanan maye məhsulları gəlir. Həmçinin Böyük Britaniya və ABŞ-dən də Azərbaycana elektron siqaretlər gəlir.

Azərbaycanda bazarında ən çox rastlanan markalar isə Elf Bar, HQD, Vozol, Lost Mary, Plong, Aokit, VNSN, Funky Landsdir və bu markaların da hamısı ölkəyə Çindən gətirilir. Bu məhsullar nikatinli elektron məhsullar hesab edilir. Ən bahalı markalar isə Böyük Britaniyanın Dinner Lady və IVG, ABŞ istehsalı olan Naked 100 və VGOD premium segment modellərdir.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Musavat.com-a açıqlamasında bildirib ki, elektron siqaretlərin rəsmi qadağası “qara bazar”ın inkişafına səbəb ola bilər:

“Ölkədə kifayət qədər elektron siqaret istifadəçisi var. Onlar elektron siqaret aludəçisi olublar. Ona görə də tələbat yaranır və bu təlabatın qarşılanması üçün insanlar yollar axtaracaq. Nəticədə Azərbaycanda elektron siqaretin “qara bazar”ı formalaşacaq. Qeyri-qanuni idxal cəhdləri müşahidə olunacaq. Buna hətta nail də ola bilərlər”.

İqtisadçının sözlərinə görə, elektron siqaretlərin idxalının dayandırılmasında ənənəvi siqaret şəbəkəsinin təzyiqləri önəmli rol oynayıb: “Elektron siqaret bazarının məhdudlaşdırılması ənənəvi siqaret bazarını genişləndirəcək.

Elektron siqaret qeyri-qanuni bazarda əvvəlki qiymətindən baha satılacaq. Bu da onun istifadəçilərinin büdcəsinə təsir edəcək və onlar ənənəvi siqaretə qayıdacaqlar. Nəticədə ənənəvi siqaret bazarı genişlənəcək”.

Qeyd edək ki, elektron siqaretlərə olan qadağa qızdırılan tütün məmulatlarına aid deyil.

Şahanə Rəhimli
Musavat.com

Əvvəlki Yazı

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Növbəti Yazı

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

EKSKLUZİV

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 / 16:00
1
Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

21 Oktyabr 2026 / 15:52
3
Kobaxidze Azərbaycana gəlir

Kobaxidze Azərbaycana gəlir

21 Oktyabr 2026 / 15:43
1
Noyabrda 5 günlük tətil olacaq

Noyabrda 5 günlük tətil olacaq

21 Oktyabr 2026 / 15:30
1

XƏBƏR LENTİ

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

Kobaxidze Azərbaycana gəlir

Noyabrda 5 günlük tətil olacaq

DYP sürücülərə müraciət edib

Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

Sabahın havası açıqlanıb

Azərbaycanın Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

Bu il bələdiyyələrdə 2565 hektar torpaq qanunsuz verilib

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Samir Məmmədov: Azərbaycanda internetin sürəti 7 dəfə artıb

Azərbaycanın xarici borcunun region ölkələri ilə müqayisəsi – RƏQƏMLƏR

Azərbaycana 38 min ton ət gətirildi – Qiymətə necə təsir edəcək?

Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanda yağ kəskin bahalaşdı

Azad edilmiş ərazilərə 28 milyard manat investisiya yatırılıb

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Bu avtomobillərin sürücüləri məsuliyyətə cəlb oluna bilər

Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq

Bu şəxslərə pulsuz torpaq veriləcək

Yerli özünüidarəetmə təkmilləşdirilməlidir – Əli Əhmədov

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb

İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib

Güneydən Azərbaycanla bağlı bəyanat

Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video

Yeni qaydalar hazırlandı: Yanvarın 1-dən tətbiq olunacaq

Bəzi ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.