Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

“DÖVLƏTİN ADINDAN BİZƏ HƏDƏ-QORXU GƏLİR…” – Sakinlər MTK sahibi olan BDU müəllimindən şikayət edir (FOTO)

May 19, 2026
A A

REDAKTORUN SEÇİMİ

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03

23 noyabr səhər saatlarından başlayaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C. Axundzadə küçəsində baş verənlər yerli sakinlərin ciddi narazılığına səbəb olub.

Sözügedən ərazidə yaşayan bir qrup sakin “AzPolitika”-ya müraciətində “Darvaz MMC” adlı MTK-nın sahibi Namazov Faiq Mirzəli oğlunun qanunsuz olduğunu iddia etdikləri əməllərindən şikayətləniblər.

 

 

Sakinlərin bildirdiyinə görə, həmin MTK-nın qarşısındakı ərazidə anidən, onlara xəbərdarlıq edilmədən, məlumat lövhəsi qoyulmadan tikinti işlərinə başlanılıb. Səhər saatlarında əraziyə gələn işçilər bir neçə nöqtəni işarələyib, ölçü aparıblar. Qonşular yaxınlaşıb soruşduqda isə onlara “buranı tikirik” cavabı verilib.

Həmin ərazidə yaşayan Məmmədov Arzuman Fəxrəddin oğlu bildirib ki, bu ərazi onların illərdir istifadələrində olan, hətta dədə-baba torpağı hesab etdikləri məkandır. Onun sözlərinə görə, tikinti ilə bağlı əraziyə nə lövhə qoyulub, nə məlumat verilib, nə də qonşularla hər hansı danışıq və ya razılaşma aparılıb: “Heç bir bildiriş olmadı. Buranı özümüz abadlaşdırmışıq – asfaltını yeniləmişik, kanalizasiya və drenaj xətlərini çəkmişik, zibil sahəsini səliqəyə salmışıq. İndi isə heç bir sənəd göstərmədən gəlib ərazini zəbt edirlər”.

Yerli sakinlərdən Məmmədov Kamran Kamil oğlu isə qeyd edir ki, ətrafda uşaqların oynaya biləcəyi, xeyir-şər mərasimlərinin təşkil olunduğu yeganə ərazi buradır və buranı da kimlərsə öz mənafeyi hesabına zəbt etməyə çalışır: “Mən öz övladlarımı bu ərazidə böyütmüşəm. Burada həm qonşular bir-biri ilə ünsiyyət qurub, həm də müxtəlif mərasimlər üçün palatka qurulub. Ona görə də bu ərazi bizim üçün sıradan bir yer deyil. İndi kimlərsə öz şəxsi maraqları naminə bura sahib çıxmağa çalışır. Bu ərazidə yaşayan bu qədər insanın hüquqlarının pozulması deməkdir”.

Sakinlərin sözlərinə görə, adı MTK sahibi kimi çəkilən Namazov Faiq Mirzəli oğlu Bakı Dövlət Universitetinin müəllim heyətində təmsil olunur, hətta professor olduğu deyilir.

Lakin sakinlər bu statusun onun davranışları ilə uyğun gəlmədiyini qeyd edirlər: “Professor dediyin insan cəmiyyətin rifahını düşünməlidir. Bu isə əksinə, dövlətin adından istifadə edib, bizə hədə-qorx gəlir. Deyir ki, burada nə istəsəm, tikəcəm. Biz sual edirik – BDU-nun müəllimi necə olur ki, belə imtiyazlarla həm binanı tikir, həm də əhalinin ərazisini zəbt edir?”

Bakıxanov sakinləri baş verənləri qanunsuzluq hesab edir və məsələ ilə bağlı dövlət qurumlarının müdaxiləsini, obyektiv araşdırma aparılmasını və tikintinin dayandırılmasını tələb edir.

Qeyd olunanlarla bağlı qarşı tərəfin, eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışırıq.

“AzPolitika.info”

 

 

 

 

 

 

 

 

Əvvəlki Yazı

1 həftəyə Tbilisiyə qatarlar açılır – Nazirlik təsdiqlədi

Növbəti Yazı

Paşinyandan Qarabağ ermənilərinə çağırış – “Vətən axtarışı başa çatıb”

EKSKLUZİV

Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

22 Oktyabr 2026 / 20:16
3
XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub

22 Oktyabr 2026 / 18:22
2
Bu sənədə görə evsiz qala bilərsiz – Notarius belə unudur

Bu sənədə görə evsiz qala bilərsiz – Notarius belə unudur

22 Oktyabr 2026 / 16:00
2
“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

22 Oktyabr 2026 / 15:46
2

XƏBƏR LENTİ

Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub

Bu sənədə görə evsiz qala bilərsiz – Notarius belə unudur

“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

Kənd təsərrüfatında elekrik maşınlarına keçid…

Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşından danışıb

Ermənistan Konstitusiyasının layihəsi yaxın vaxtlarda dərc olunacaq

Azərbaycanda sovet dövründən qalma binalar 2060-cı ilədək izolyasiya ediləcək

Paşinyan: Sülh sazişinin 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur

“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” dəyişib

Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Azərbaycanda bu kənd köçürülür – Hazırlıqlar başladı

Milli Məclis BMT-ni Fransada polis zorakılığını araşdırmağa çağırdı

Ailələrin kommunal ödənişləri 480 manat artıb

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Gələn il 40-dan çox müəssisə büdcəyə dividend ödəyəcək

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Türkiyə hərbi xərcləri kəskin artırır

Azərbaycanda payız yay havasına döndü

Metro ilə bağlı ŞAD XƏBƏR – Yeni stansiya ilin sonunda açılır

Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

BVF: Azərbaycanın xarici ticarət balansı güclənib

Azərbaycana turist axını 6% azaldı

DİM 648 nəfər üçün bu həftə imtahan keçirəcək

Azərbaycan nefti bahalaşıb

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.