İyulun 12-də Abşeron rayonu Mehdiabad qəsəbəsində Mehdiabad Boks Mərkəzində Cənub İdman Klubunun təşkilatçılığı və dəstəyi ilə şəhidlərimizin xatirəsinə həsr olunmuş klublararası boks turniri keçirilmişdir. Yarışda müxtəlif idman klublarını təmsil edən 120-yə yaxın idmançı gücünü sınamışdır. Turnirdə Respublika Kompleks İdman məktəbinin yetirmələri 1-ci, Cənub İdman Klubu 2-ci, Neftçi İdman Cəmiyyəti isə 3-cü yeri tutmuşdur. Qaliblərə medalları şəhid ailələrinin üzvləri, qazilərimiz təqdim etmişdir.
Xatırladaq ki, əməkdar məşqçi Samir Həsənovun rəhbərlik etdiyi Cənub İdman Klubu bu cür tədbirləri tez-tez təşkil edir, yeniyetmə və gənclərin idmana olan maraqlarının artırılması üçün layiqincə fəaliyyət göstərir.









