Dünyanın ən stressli və ən dinc şəhərləri: Nyu-York... Eyndhoven - SİYAHI

Böyük şəhərlər iş tapmaq və peşəkar inkişaf üçün geniş imkanlar yaradır. Lakin onlarda yaşamaq çox vaxt uzun məsafələrə, yüksək xərclərə və daimi gündəlik darıxdırıcılığa səbəb olur.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Remitly” şirkət 2025-ci ilin oktyabr ayında toplanmış məlumatlardan istifadə edərək dünyanın 170 şəhərini təhlil edib. Hər bir şəhər beş göstəriciyə - işə getməyə sərf olunan vaxta, yaşayış xərclərinə, səhiyyə xidmətlərinin keyfiyyətinə, cinayətkarlığa dair qavrayışa və hava çirkliliyinə əsasən beş ballıq şkala üzrə qiymətləndirilib.
Nyu-Yorkun birinci yeri tutması təəccüblü deyil: bu meqapolis inanılmaz dərəcədə sürətli həyatı ilə tanınır.
Dublinin reytinqdə bu qədər yüksək yer tutmasının səbəblərindən biri də onun tıxaclarıdır. Bu şəhərdə işə getməyə qeyri-mütənasib uzun vaxt sərf olunur. İrlandiya paytaxtında 10 kilometr məsafəni qət etmək təxminən 32 dəqiqə çəkir. Müqayisə üçün, bütün inkişaf etmiş şəhərlər üçün orta vaxt 21 dəqiqədir.
Ümumi reytinqdə birinci yeri tutan Kəlküttədə 10 kilometr məsafəni qət etmək 34 dəqiqə 33 saniyə çəkir. Texas ştatının San-Antonio şəhərində eyni məsafəyə cəmi 10 dəqiqə 13 saniyə vaxt gedir.
Avropa şəhərləri də ilk onluqda əhəmiyyətli yer tutub. Dublin və Londondan əlavə, Milan, Turin və Afina da ilk onluğa daxil olub.
Reytinq cədvəlinə görə, dünyanın ən dinc şəhərləri Niderlanddadır. İlk iki yeri Eyndhoven və Utrext şəhərləri tutur. Ümumilikdə, Niderlandın dörd şəhəri ən dinc şəhərlərin ilk onluğuna daxil olub.
Eyndhovenin 2,34 balla dünyanın ən dinc şəhəri hesab edilməsi yollarının açıqlığı, səhiyyə xidmətinin yüksək keyfiyyəti, havasının təmizliyi, cinayətkarlıq səviyyəsinin aşağı olmasına görədir. Eyndhovendə 10 kilometrlik səyahət 15 dəqiqədən bir qədər az vaxt aparır.
Niderlandın digər şəhərlərindən Utrext ikincidir. İlk beşliyə Qroningen və Rotterdam da daxildir. Niderland ilk beşlikdə dörd şəhəri olan yeganə ölkədir.
Norveç və Avstraliya da yaxşı nəticələr göstərib, hər ölkədən iki şəhər siyahıda yer alıb. Norveçdən Trondheym və Bergen, Avstraliyadan isə Kanberra və Brisben ilk onluqda yer alıb.
