Dünya

Avropada böyük sınaq dövrü başlayır

14
Avropada böyük seçkilər mərhələsi başlayır. 2026-cı ilin noyabr ayının sonundan 2027-ci ilin sonuna qədər Aİ-nin əhalinin sayına və iqtisadiyyatına görə beş ən böyük ölkəsindən dördündə — İspaniya, Fransa, Polşa və İtaliyada, həmçinin Estoniya, Finlandiya, Yunanıstan və Slovakiyada seçkilər, bundan əlavə Almaniyada regional seçkilər keçiriləcək.
İspaniyada (29 noyabr 2026-cı il): Növbədənkənar parlament seçkiləri ilə mərhələni açır. Pedro Sançesin hakim sosialist koalisiyası hakimiyyəti sağ-mərkəzçi Xalq Partiyasına təhvil vermək riski ilə üz-üzədir.

Fransada (2027-ci ilin yazı): Prezident və ardınca parlament seçkilərində ifrat sağçı qüvvələrin şansları yüksək qiymətləndirilir.

Millətçi və avroskeptik partiyaların güclənməsi Avropanın simasını kökündən dəyişə, Aİ-də siyasi balansı poza və ittifaqın büdcəsi, Ukraynaya yardım və Avropanın təhlükəsizliyi məsələləri üzrə qərarların qəbulunu çətinləşdirə bilər.

Bu gün Avropada demək olar ki, hər dördüncü seçici sağçı populistləri dəstəkləyir. Bunun səbəbi iqtisadi durğunluq, bahalaşma, miqrasiya böhranı və sərt «yaşıl» iqlim qaydalarından narazılıqla bağlıdır. Üstəlik, ənənəvi sağ-mərkəzçi partiyalar hakimiyyət naminə ultrasağçılarla koalisiya qurmaq qadağasından getdikcə daha çox imtina edirlər.

Əgər Fransa, İspaniya və Polşa kimi ölkələrdə avroskeptiklər hakimiyyətə gəlsələr, Avropa Şurasında istənilən qərarı dayandıra biləcək güclü bloklayıcı azlıq yaradacaqlar.

Tariyel Həsənov

Oxşar xəbərlər

↑