Ölkə

Qazaxda icra başçısı və rayon prokuroru Kürdə batan şəxsin axtarışları ilə bağlı həmin ərazidə olublar

21

Qazaxda icra başçısı və rayon prokuroru Kür çayında batdığı ehtimal olunan şəxsin axtarışları ilə bağlı həmin ərazidə olublar

Mediaxeberleri.Az xəbər verir ki, noyabrın 22-də Qazax rayonunun Birinci Şıxlı kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Yaqub Telman oğlunun Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində çayı keçərkən batdığı ehtimal olunur.

Y.Məmmədovun axtarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Hazırda vətəndaşın axtarışı batdığı ehtimal olunan istiqamətlərdə davam etdirilir. Əlavə məlumat veriləcək.

Noyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev Birinci Şıxlı kəndində olub, Kür çayında batdığı ehtimal olunan şəxsin axtarış prosesi və bununla bağlı görülmüş işlərlə yerində maraqlanıblar.

Oxşar xəbərlər

↑