Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Prezident sərgi iştirakçılarına məktub ünvanlayıb

Oktyabr 15, 2024
A A

REDAKTORUN SEÇİMİ

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

30 İyul 25 / 11:39
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

29 İyul 25 / 18:06
Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

28 İyul 25 / 15:21
Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

28 İyul 25 / 13:57
Nəsimi Rayon İcra Hakimiyyətindən şok addım: Sahibkarın 750 min manatlıq əmlakı “dəfn edildi”

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına və qonaqlarına salamlama məktubu ünvanlayıb.

Cumhuriyyet.az xəbər verir ki, məktub sərginin rəsmi açılış mərasimində səsləndirilib, eləcə də sərginin kataloqunda dərc olunub və rəsmi saytında yerləşdirilib.

Məktubda deyilir:

“Hörmətli sərgi iştirakçıları!

Hörmətli xanımlar və cənablar!

Sizi “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin açılışı münasibətilə salamlayıram.

İlk dəfə 2003-cü ildə təşkil olunan “Xəzər İnşaat Həftəsi” tikinti və infrastruktur sahəsində nüfuzlu tədbirlərdən birinə çevrilib. Burada dünyanın müxtəlif ölkələrinə məxsus şirkətlər regionun biznes imkanları ilə tanış olur və yeni əməkdaşlıq fürsəti qazanırlar. Bu il dayanıqlı və ekoloji təmiz tikinti texnologiyalarının tətbiqi ilə bağlı keçirilən müzakirələr və təqdimatlar tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır.

“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il keçirilən bu sərgidə müxtəlif layihələr nümayiş etdirilir, Qarabağın bərpasına və yenidən qurulmasına dair təşəbbüslər müzakirə olunur.

Builki sərgi məzmun və iştirakçılar baxımından yeniliklərlə zəngindir. Sərgi “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbiri ilə eyni dövrə təsadüf edir. “Rebuild Karabakh” sərgisi bu mötəbər tədbirlə ortaq məqsədə, yəni dayanıqlı inkişaf naminə əməkdaşlığa yönəlib. Sərgidə təqdim olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tutur.

Sərgidə dövlət və özəl sektorun birgə iştirakı yeni layihələrin həyata keçirilməsi, eləcə də biznes imkanlarının

daha da artması üçün mühüm perspektivlər açır. Sərgi zamanı qurulan əməkdaşlıq və aparılan müzakirələr Qarabağda bərpa ilə bağlı uğurlu təcrübənin daha geniş miqyasda tanıdılmasında əhəmiyyətli addım olacaqdır.

Sizi sərginin bütün istiqamətləri ilə yaxından tanış olmağa, yeni ideyalar və əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmağa dəvət edirəm. Əminəm ki, bu sərgi daha faydalı iş birliyi əsasında Qarabağın dirçəlişində və dayanıqlı inkişafında mühüm fürsətlər yaradacaqdır.

Hər birinizə bu sərgidə uğurlar arzulayıram!”

Əvvəlki Yazı

Bu günün valyuta məzənnələri

Növbəti Yazı

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı enib

EKSKLUZİV

Futbolda bu qaydalar dəyişdirildi

Futbolda bu qaydalar dəyişdirildi

31 İyul 2025 / 17:00
0
Bu dərmanlar geri çağırıldı

Bu dərmanlar geri çağırıldı

31 İyul 2025 / 16:45
0
Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb

Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb

31 İyul 2025 / 16:30
0
Səfərbərlik lazımdır – Lukaşenko

Səfərbərlik lazımdır – Lukaşenko

31 İyul 2025 / 16:16
0

XƏBƏR LENTİ

Futbolda bu qaydalar dəyişdirildi

Bu dərmanlar geri çağırıldı

Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb

Səfərbərlik lazımdır – Lukaşenko

Bu universitetdə təhsil haqqı artırıldı – Səbəb

Tarixçi alim “Qarabağ”a azarkeşlikdən imtina etdi – Səbəb

Litvanın baş naziri istefa verdi

İsti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Rusiya sülh çağırışına cavab verdi… – Zelenski

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb

Yol polisi valideynlərə müraciət edib – VİDEO

FHN isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib

Sabahın hava proqnozu

Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı vəzifələr həvalə olunub

Dövlət Dil Komissiyasının yeni tərkibi müəyyənləşəcək

Kürdəmirdə yol təmirinə 1,5 milyon manat ayrılıb – SƏRƏNCAM

Rusiyanın 6 regionuna PUA hücumu edildi

ABŞ zəmanət verməlidir, yoxsa mümkün deyil… – Arakçı

“Google Maps” Zəngəzur dəhlizini açdı – FOTO

Evlənmək istəyənlər üçün yeni TƏLƏB: Əlavə sənədlər lazımdır

Mərkəzi Bank yeni qayda ilə borcaların zərər meyarını sərtləşdirib

DİN və DSX-dən birgə əməliyyat: saxlanılan var

Tramp Fələstinə görə Kanadanı təhdid etdi

DYP: 6 ayda qəzalarda 12 moped və motosiklet sürücüsü ölüb, 23-ü xəsarət alıb

Avqustda qeyri-sabit hava şəraiti gözlənilir

Türk dünyası ədəbiyyatının Tomrisi!

Maliyyə Nazirliyinin jurnalı ləğv olunur

NİİM: Motosiklet, moped, skuterlərin səbəb olduğu qəzalarda xəsarət və ölüm halları çoxdur – VİDEO

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb

Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyl   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.