ABŞ və Cənubi Koreya arasında hərbi əməkdaşlıq Şimali Koreyanı qəzəbləndirib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Şimali Koreya mediasında məqalə yayımlanıb.
Məqalədə ABŞ-ın Cənubi Koreyanın “ağası” olduğu iddia edilib.
Bildirilib ki, Seul hökuməti Pxenyana hücum imkanlarını artırmaq üçün ABŞ-dan helikopterlər almağı planlaşdırır:
“Dövlət başçısı müttəhimə çevrilən, hakimiyyət mübarizəsində olan və mövcudluq üçün mübarizə aparan marionet Cənubi Koreyanın ordusu Şimali Koreyanı hədəf alan münaqişə hərəkətlərinə israrla əl atır. Açıq-aydın görünür ki, ABŞ kukla Cənubi Koreya ordusunu ruhlandırmaq rolunu öz üzərinə götürüb. Şimali Koreya heç vaxt düşmənin bu hərəkətlərini gözardı etməyəcək. ABŞ-ın xidmətçisi olan marionet qüvvələr öz ağalarının tələblərini yerinə yetirməyə məhkumdurlar. ABŞ rəqibinin kim olduğuna diqqətlə baxmalı və başlatdığı atəşdə yanmaq kimi ağılsızcasına səhvə yol verməməlidir”.