Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qazax rayon Aşağı Salahlı kəndində vətəndaşlarla görüş keçirib.
Cumhuriyyet.az Mediaxeberleri.az-a istinadən xəbər verir ki, Deputat Səməd Seyidovun keçirdiyi növbəti səyyar görüş çərçivəsində Aşağı Salahlı kənd sakinləri tərəfindən səsləndirilən problemlərin həlli istiqamətində müvafiq addımlar atıldı.
Keçirilən görüşdə vətəndaşların qayğı və problemlərilə maraqlanaraq bəzi məsələlərin həll olunması ilə bağlı aidiyyatı üzrə tapşırıqlar verilib.
Səməd Seyidov vətəndaşlar tərəfindən irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyatı orqanlara müraciət edəcəyini bildirib.