Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qazaxda Novruz bayramı münasibətilə “Bahar, istəklimsən başdan, binadan!” adlı ümumrayon tədbiri keçirilib – FOTOLAR

Mart 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11
“Ailə Park” MTK Nərimanovda  at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

“Ailə Park” MTK Nərimanovda at oynadır: Ekologiyaya nəzarət edən məmurun özü iş adamı çıxdı – VİDEO

01 May 25 / 11:59
Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

Nəsimi rayonunda qanuna və prezidentə meydan oxuyan kimdir? – VİDEOFAKT

11 Aprel 25 / 12:07

Bu gün qürurla deyə bilərik ki, min illərdir xalqımız yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadır. XXI əsrdə yaşasaq da, milli adət-ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq. Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında şanlı Zəfərlə başa çatan Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu artıq 5 ildir ki, Qələbə sevinci ilə qeyd edir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qazandığımız şanlı Zəfərdən sonra artıq Novruz bayramı daha fərqli qeyd edilir. Azərbaycan xalqı Novruzu daha təmtaraqla qeyd edir, işğaldan azad olunmuş doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, eləcə də digər yurd yerlərimizdə bayram tonqalı çatmağın sevincini yaşayır. Bu günü xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən yolunda canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, Vətənin keşiyində dayanan hərbçilərimizə minnətdar və borclu olduğumuzu bir an belə unutmuruq.

Ta qədimdən xalqımızın ən sevimli bayramlarından olan ulu Novruzun gəlişi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da xoş əhval-ruhiyyə, könül xoşluğu yaradıb.

Martın 19-da Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Bahar, istəklimsən başdan, binadan!” adlı ümumrayon tədbiri keçirilib.

Bu əlamətdar bayram münasibətilə keçirilən ümumrayon tədbiri ilə əlaqədar şəhərin mərkəzində, o cümlədən tədbirin bilavasitə keçirildiyi yerdə, rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda, ətraf bağ və parklarda səliqə-səhman yaradılıb, hər tərəf al-əlvan bayraqcıqlar, səmənilər və gül-çiçəklərlə bəzədilib. Mədəniyyət Mərkəzinin qarşısındakı geniş meydanda Novruz bayramına həsr edilmiş banerlər yerləşdirilib. Bayram tonqalı çatılıb, alaçıqlar quraşdırılıb, yaraşıqlı xalça salınıb, xalçanın üzərinə rayonumuzun adət-ənənələrini əks etdirən qədim əşyalar qoyulub. Novruzun simvolu olan şəkərbura, paxlava və səmənili xonçalar göz oxşayıb.

Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev, icra aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, gənc könüllülər, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işçiləri, şəhid ailələri, qazilər, gənclər, rayon ictimaiyyəti, KİV nümayəndələri iştirak ediblər.

Kosa, Keçəl və Bahar qızı tərəfindən rayon rəhbərliyinin və qonaqların qarşılanması ilə bayram tədbirinə start verilib. İlk olaraq Kosa, Keçəl, Bahar qızı, zurnaçılar rayon rəhbərliyini qarşılayıb, təbriklərini çatdırıb və yumurta döyüşdürüblər. Obada  davul çalınıb, “Cəngi” havası altında rayon rəhbərliyi və qonaqlar obaya daxil olublar. Qonaqları obada Qazan xan qarşılayıb, öz bayram təbriklərini çatdırıb və obada olan alaçıqlarla tanış edib. İdmançıların hazırladıqları nümunəvi çıxışılara baxış keçirilib.

Bayram tədbirində Dədə Qorqud iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Bayram tonqalı alovlandırılıb, milli geyimli gənclər ocağın ətrafında “Yallı” gediblər.

Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktrisası Zəmanə Dərviş çıxış edərək rayon rəhbərliyini, şəhid ailələrini, qaziləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Tədbirdə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin illər öncə Vətənini, Azərbaycanı və xalqını sevərəkdən Novruz bayramını milli bayram elan etmişdir. Dahi şəxsiyyət demişdi: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır”. Qeyd olunub ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Milli mədəniyyətimizin inkişaf və tanıdılması istiqamətində neçə-neçə dəyərli layihələri həyata keçirən, saz sənəti, muğam, xalçaçılıq və Novruz bayramı İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü, təşkilatçılığı və gərgin zəhməti sayəsində mümkün olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alınaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyi diqqətə çatdırılıb. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur. Bizi dünyaya məğrur millət olaraq tanıdan və ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev çıxış edərək icra başçısı Rəcəb Babaşovun adından Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, xalqımızı, tədbir iştirakçılarını, xüsusilə də şəhid ailələrini, qazilərimizi əlamətdar Novruz bayramı münasibətilə təbrik edib, iştirakçılara cansağlığı, evlərinə, ailələrinə bol ruzi-bərəkət arzulayıb. M.Alıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında şanlı Zəfərlə başa çatan Vətən müharibəsində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərində qazandığımız tarixi Qələbədən söz açaraq şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. M.Alıyev ölkəmizdə Novruz bayramının daha fərqli qeyd edildiyini, artıq 5 ildir ki, Müzəffər Ali Baş Komandanın doğma Qarabağ torpağında, Şuşa, Xankəndi, Xocalı, Suqovuşanda bayram tonqallarını alovlandırdığını, ölkə başçısının məhz həmin yurd yerlərimizdən Azərbaycan xalqını təbrik etdiyini bildirib. M.Alıyev vurğulayıb ki, ölkə başçısının səsləndirdiyi kimi, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir ki, onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi oldu. Müavin Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. M.Alıyev bugünkü bayramı belə könül xoşluğu ilə qeyd etdiyimizə görə bir daha Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu söyləyib. M.Alıyev bildirib ki, illər öncə hər zaman arzu edirdik ki, gün gəlsin Novruz bayramını işğal altında olan torpaqlarımızda qeyd edək. Bəli, bu gün həmin arzumuz gerçək olub. Artıq 5 ildir ki, xalqımız Novruz bayramını qalib ölkənin vətəndaşı olaraq qeyd edir. Respublikamızın bütün bölgələrində olduğu kimi, azad olunmuş torpaqlarımızda, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda bayram şənlikləri keçirilir, bayram tonqalları alovlandırılır.

Tədbirdə Mədəniyyət Mərkəzinin Novruz bayramı münasibətilə hazırladığı bir-birindən rəngarəng çıxışlara yer verilib. Vahid Hocanın hazırladığı “Göyəzən” instrumental ansamblının ifasında səslənən “Novruz” kompozisiyası alqışlarla qarşılanıb.

Gənc müğənnilər Maşallah Dünyamalıyev “Xalqın zəfəri”, Orxan Rüstəmov “Bayram yeli”, Zəmanə Dərviş və Nəsimi Kamaloğlu “Ölərəm sənin üçün”, “Səndən qəşəngi yoxdu”, Gülnar Mədətova “Durnalar gölə gəlir” mahnıları, aşıq Camoy Qurbanov mahnı töhfəsi ilə tədbir iştirakçılarına təbriklərini çatdırıblar.

Qazax şəhər 2 saylı Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərindən ibarət “Zəfər “ ritm qrupunun çıxışı tədbirə rəng qatıb.

Tədbir əsl bayram əhval-ruhiyyəsi ilə başa çatıb.

 

                           

Əvvəlki Yazı

Məhkəmə USAİD-in ləğvini dayandırdı

Növbəti Yazı

Putin əmr verdi, Rusiya öz PUA-larını vurdu

EKSKLUZİV

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

09 May 2025 / 15:35
1
Bu, sadəcə narkotik əməliyyatı deyil, bu, genefondumuzun xilası əməliyyatıdır

Bu, sadəcə narkotik əməliyyatı deyil, bu, genefondumuzun xilası əməliyyatıdır

09 May 2025 / 15:33
2
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 2025 / 11:46
3
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

07 May 2025 / 19:18
1

XƏBƏR LENTİ

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

Bu, sadəcə narkotik əməliyyatı deyil, bu, genefondumuzun xilası əməliyyatıdır

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib

İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib

To Lam Azərbaycana gəldi

Kobaxidze “Gürcü Arzusu”nun sədri seçilib

Azərbaycan və İraq Ərbildə Baş Konsulluq açılmasını müzakirə edib

Hakimin özü-özünə etirazı təmin olundu

Hökumə Əliyevanın ev-muzeyi tikilir

İraq Azərbaycanla uçuşları bərpa etmək istəyir

9 polis həbs olundu

Müharibədən bu cür qaça bilərik – Lukaşenko

Bakıda əməliyyat: 20 yaşlı qadın saxlanıldı

11 yaşlı qıza əxlaqsızlıq edən ilahiyyatçıya hökm oxundu

Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki…

Hindistanın baş naziri səfərlərini ləğv etdi

Sabah 29 dərəcə isti olacaq

Ceyhun Bayramov və İraq XİN rəhbəri arasında təkbətək görüş başlayıb

Hindistan-Pakistan gərginliyinə Bakıdan reaksiya

Ötən gün bank kartlarından 13 500 manat talanıb

Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşıb

Astarada yolda sürüşmə və çökmə baş verib

Milli Məclisdə Heydər Əliyevə həsr olunmuş xüsusi iclas keçiriləcək

Ceyhun Bayramov İraqa səfər edib

Putin Pezeşkianla danışdı

Tofiq Yaqublu ev dustaqlığına buraxılmayıb

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Bu ölkə Rusiya ilə sərhədi minalayır

Sabah 28 dərəcə isti olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.