Rusiya prezidenti Vladimir Putin BRİKS-in Yeni İnkişaf Bankını inkişaf edən və perspektivli maliyyə institutu adlandırıb.
Cumhuriyyet.az Elchi.az-a istinadən xəbər verir ki, Putin BRİKS sammiti çərçivəsində bankın rəhbəri Dilma Rusef ilə görüş keçirib.
“Biz sizin ötən il ərzində gördüyünüz işləri yüksək qiymətləndiririk”, – deyə Putin bildirib.
O, həmçinin BRİKS Yeni İnkişaf Bankının assosiasiyaya üzv dövlətlərin rəhbərlərinin görüşündə fəal iştirakına ümid etdiyini bildirib. “2018-ci ildən indiyədək hesab edirəm ki, ümumilikdə 33 milyard dollar dəyərində 100 layihə maliyyələşdirilib”, – deyə Rusiya lideri vurğulayıb.
Yeni İnkişaf Bankı BRİKS-ə üzv ölkələrin təşəbbüsü ilə yaradılmış beynəlxalq hökumətlərarası təşkilatdır. Rusiya prezidenti qeyd edib ki, Yeni İnkişaf Bankı Qərbin maliyyə mexanizmlərinə alternativdir. Oktyabrın 22-24-də Tatarıstanın paytaxtında BRİKS sammiti keçirilir.