Dünya

Ərdoğan NATO Baş katibini qəbul edib

30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutteni qəbul edib.

Cumhuriyyet.az-ın xəbərinə görə, Prezident Kompleksində keçirilən görüş mətbuata qapalı keçirilib.

Görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Qeyd edək ki, 14-15 may tarixlərində Antalyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Oxşar xəbərlər

↑