Gündəm

Los Ancelesdəki Baş konsulluğumuz evakuasiya edildi

34

Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq təxliyə edilib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, evakuasiyaya baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.

 

Oxşar xəbərlər

↑