Gündəm

"Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət"- Aisa Aslanova

30

Azərbaycanın yaradıcı potensialını qlobal səviyyəyə çıxarmaq üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” yeni nəsil yaradıcı mütəxəssislərin yetişdirilməsinə xidmət edir.

Təhsil eksperti Aisa Aslanovanın sözlərinə görə, bu proqram mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində təhsil almaq istəyən 15 yaşdan yuxarı Azərbaycan vətəndaşları üçün geniş imkanlar yaradır.

 

Proqramın Məqsədi:

Təqaüd proqramının əsas məqsədi.

 

1) Yaradıcılıq potensialını inkişaf etdirmək,

2) Əmək bazarında rəqabətqabiliyyətli mütəxəssislər yetişdirmək,

3) Mədəniyyət və kreativ sahədə sahibkarlıq bacarıqlarını gücləndirmək,

4) Azərbaycanı beynəlxalq yaradıcı sənaye platformasında daha güclü təmsil etmək.

 

Hansı Təhsil İmkanları Mövcuddur?

 

Proqram çərçivəsində aşağıdakı istiqamətlər üzrə maliyyələşmə mümkündür:

 

Xaricdə bakalavriat

Xaricdə magistratura

Xaricdə qısamüddətli kurs və təlimlər (o cümlədən distant)

 

İxtisaslaşma İstiqamətləri. Proqram aşağıdakı sahələri əhatə edir:

 

Audiovizual (musiqi, kino, animasiya, videoqrafiya, fotoqrafiya)

Dəb sənəti

Dizayn

Kuratorluq

Memarlıq

Tədbirlərin təşkili

Mədəni və yaradıcı sahə üzrə menecment

Nəşriyyat işi

Oyun sənayesi

Teatr və performans

Yaradıcı texnologiyalar

Xüsusilə praktik sahibkarlıq və menecment bacarıqları olan proqramlara üstünlük verilir.

Hansı Universitetlərdə Təhsil Almaq Mümkündür?

Proqram çərçivəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq mümkündür. Məsələn:

Yale University

New York University

University of California, Los Angeles

Massachusetts Institute of Technology

University of Cambridge

University of Edinburgh

Tsinghua University

Sorbonne University

University of Melbourne

Technical University of Munich

Bu siyahı daha genişdir və rəsmi əlavədə tam şəkildə göstərilir.

Seçim Prosesi Necə Aparılır?

Seçim iki mərhələdə həyata keçirilir:

1) Sənədlərin yoxlanılması

Namizəd elektron ərizə doldurur və tələb olunan sənədləri sistemə yükləyir.

2)Müsahibə mərhələsi

Müsahibə zamanı aşağıdakılar qiymətləndirilir:

Nəzəri biliklər (10 bal)

Yaradıcılıq və istedad (10 bal)

Təqdimat və kommunikasiya bacarığı (10 bal)

Yekun nəticə komissiya üzvlərinin verdiyi balların ortalaması ilə hesablanır.

Maliyyələşmə Nələri Əhatə Edir?

Proqram aşağıdakı xərcləri qarşılayır:

Təhsil haqqı

Qeydiyyat xərcləri

Viza və tibbi sığorta

Beynəlxalq uçuş biletləri

Aylıq yaşayış xərcləri

Bank və xidmət xərcləri

Yaşayış xərcləri dövlət proqramında müəyyən edilmiş aylıq norma əsasında ödənilir.

Ən Vacib Şərt. Proqram iştirakçıları məzun olduqdan sonra:

Ən azı 3 il Azərbaycan daxilində fəaliyyət göstərməlidirlər və ya çəkilmiş xərcləri geri ödəməklə bu öhdəlikdən azad ola bilərlər.

Bu təqaüd proqramı mədəniyyət və yaradıcı sənayelər sahəsində beynəlxalq səviyyədə təhsil almaq istəyənlər üçün unikal imkandır.

Əgər siz kino, dizayn, memarlıq, moda, oyun sənayesi və ya yaradıcı texnologiyalar sahəsində qlobal səviyyədə inkişaf etmək istəyirsinizsə — bu proqram sizin üçün böyük fürsətdir.

Oxşar xəbərlər

↑