Ermənistan parlamentinin keçmiş deputatı, biznesmen Samvel Aleksanyan Rusiyaya buraxılmayıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Sputnik yerli KİV-ə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiya hüquq-mühafizə orqanları onun Soçidə erməni əsilli iş adamı Ruben Tatulyanla bağlı olan biznes fəaliyyəti ilə maraqlanıblar.
Qeyd olunub ki, Aleksanyanın ailə üzvləri Rusiya sərhədini problemsiz keçiblər, lakin biznesmenin özü bir neçə saat hava limanında saxlanılıb və daha sonra ondan ölkəni tərk etmək tələb olunub.
Qeyd edək ki, Aleksanyanın əlaqəli olduğu Ruben Tatulyan Soçidə “Robson” təxəllüsü ilə tanınınır. Soçinin gizli sahibi hesab olunan Tatulyan ötən il Rusiya hüquq mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.