Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

Yanvar 20, 2026
A A

REDAKTORUN SEÇİMİ

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43

İlham Əliyevin səyi, Dövlət Komissiyasının fədakarlığı sayəsində həllinə qovuşan itkin problemi…

Birinci Qarabağ müharibəsində minlərlə soydaşımızın itkin düşdüyü, onların böyük əksəriyyətinin taleyinin bugünə qədər də naməlum olduğu yaxın tariximizin acı reallıqlarından biridir. Uzun illərdir ki, həlli mümkünsüz olan bu problem Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki tarixi zəfəri ilə tədricən həll olunmaqda, mərhələli şəkildə ortadan qaldırlmaqdadır. Bütün bunlar isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi 8 Noyabr zəfəri sayəsində mümkün olub.

Qələbədən sonra məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Birinci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın taleyinə aydınlıq gətirmək üçün sistemli fəaliyyətə start verən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya bu sahədə böyük uğurlara imza atdı.

Hər şeydən öncə ölkəmizdə itkin problemi ilə bağlı mütəmadi beynəlxalq konfranslar təşkil edildi ki, bu da dünya dövlətlərinin diqqətinin məlum problemə cəlb edilməsində, bu problemin həlli üçün beynəlxalq səylərin birləşdirilməsində mühüm rol oynadı. Bu baxımdan 2025-ci il oktyabrın 9-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans müstəsna əhəmiyyətə malikdir. Bu konfrans Azərbaycanın itkin problemi və onun həllinə necə böyük önəm verdiyini bir daha ortaya qoydu.

Xatırladaq ki, sözügedən konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev Prezident İlham Əliyevin qayğısı sayəsində itkin probleminin həlli istiqamətində atılan addımlara diqqət çəkdi, konkret rəqəmlərə, dəqiq statistik məlumatlara diqqət çəkdi. Hazırda Dövlət Komissiyasında 3990 nəfər şəxsin itkin kimi qeydiyyata alındığını bildirən Dövlət Komissiyasının sədri, işğaldan azad olunmuş ərzilərdə 29 kütləvi məzarlıq aşkar edildiyini, həmin məzarlıqlarda tapıan 218 nəfərə aid meyit qalığının ekshumasiya edildiyini vurğuladı. Əli Nağıyev qeyd etdi ki, aparılan araşdırmalar nəticəsində itkin kimi qeydiyyatda olan 187 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub.

Bir faktı da qeyd edək ki, itkin vətəndaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində görülən işlər sadəcə bu sahədəki statistik göstəricilərin yaxşılaşmasına, problemin praktiki həllinin sürətlənməsi demək deyil. Bu, eyni zamanda bütöv bir ailənin, bütöv bir nəslin, bütöv bir elin uzun illərdir davam edən nigaranlığının ortadan qaldırılması, onlarla, yüzlrlə insanın mənəvi rahatlığa qovuşması deməkdir. Bu mənada əminliklə demək olar ki, Dövlət Komissiyasının fəaliyyəti itkinlərimizin taleyinə aydınlıq gətirməklə yanaşı, onların doğmalarına da ruhi dinclik bəxş edir. Hansı ki, bu fəaliyyət dövlətimiz tərəfindən Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm kimi dəyərləndirilə bilər.

İtkinlərimizin hər birinin müqəddaratına aydınlıq gətirmək üçün dövlətimizin gördüyü işlər davam edir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə daha onlarla, yüzlərlə itkinimizin aqibəti bəlli olacaq, onların nəşi doğmalarına təhvil veriləcək. Və bu zaman sadəcə həyatını itirən itkinlərimiz deyil, həm də onların bütün yaxınları mənəvi rahatlığa qovuşacaq, onların içindəki sonsuz intizar qismən də olsa ortadan qalxacaq və daim yollara baxan gözlər qeyri-müəyyənliyə deyil, konkret bir məzara dikiləcək. Vətənin bütövlüyü, azadlığı və şərəfi üçün həyatını qurban verən qəhrəmanların məzarına…

Seymur ƏLİYEV

Əvvəlki Yazı

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Növbəti Yazı

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

EKSKLUZİV

Qüdrətimiz hələ çoxlarını narahat edəcək

Qüdrətimiz hələ çoxlarını narahat edəcək

04 Sentyabr 2026 / 20:03
6
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 / 17:26
2
Müəllimlərin maaşı belə hesablanacaq

Müəllimlərin maaşı belə hesablanacaq

04 Sentyabr 2026 / 16:30
2
Azərbaycan Niderlanda yeni səfir təyin edib

Azərbaycan Niderlanda yeni səfir təyin edib

04 Sentyabr 2026 / 16:17
2

XƏBƏR LENTİ

Qüdrətimiz hələ çoxlarını narahat edəcək

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Müəllimlərin maaşı belə hesablanacaq

Azərbaycan Niderlanda yeni səfir təyin edib

Bəzi yerlərdə leysan olacaq – XƏBƏRDARLIQ

Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Ötən ay Bakı metrosundan istifadə edənlərin sayı 12%-dən çox azalıb

Formula 1-ə görə Bakıda onlayn dərsə keçən məktəblər açıqlandı

Dilqəm Əsgərov oğlundan imtina etdi – Onu məhkəməyə verdi

DYP sürücülərə xəbərdarlıq edib

Bakıda bal yarmarkası keçiriləcək

Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq

Sabah 35 dərəcə isti olacaq

ADY 8 ayda 7 milyondan çox sərnişin daşıyıb

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

MİDA: 12 minə yaxın ailə mənzillə təmin olunub

İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər

MİDA güzəştli mənzillərin satışına BAŞLADI

Peşə məktəblərində köçürülmə və bərpa BAŞLADI

Bakıda növbəti yarış: bu yollar bağlanır

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb

İlham Əliyev Corciya Melonini təbrik edib

İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub – FOTOLAR

Uşağını özəl bağçaya qoyan valideynlərə ŞAD XƏBƏR

Bakıda bəzi məktəblərdə dərslər onlayn olacaq – SƏBƏB

Sabahın hava proqnozu açıqlanıb

“Səbail”in adı dəyişdirilir

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

Prezident San Marinonun Regent Kapitanlarını təbrik edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.