Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir müddət əvvəl minaya düşərək xəsarət alan Sarıyev İlkin Amin oğlunu ziyarət edib.
Bu gün rayonunun Quşçu Ayrım kənd sakini, 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amin oğlu heyvan otararkən minaya düşərək xəsarət alıb. Hadisə nəticəsində İlkin Sarıyev sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb.
Cumhuriyyet.az-ın məlumatına görə, icra başçısı yaralı kənd sakini ilə söhbət edərək onun səhhəti ilə maraqlanıb, şəfa diləyib.(mediaxeberleri.az)
.