Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir – “Adımdan akt tərtib ediblər ki, guya, evin xərcini özüm çəkəcəm…” / FOTO

Oktyabr 25, 2024
A A

REDAKTORUN SEÇİMİ

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15

Gəncə şəhəri, Aidə İmanquliyeva küçəsi, 4-cü döngə, ev 16 A ünvanında yaşayan Abdullayev Mikayıl İslam oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 2-ci Qarabağ müharibəsi vaxtı evinin yanına raket düşməsi nəticəsində böyük çatlar yaranıb, 4 il keçməyinə baxmayaraq evi hələ də bərpa olunmayıb:

“Mən, Abdullayev Mikayıl İslam oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə cansağlığı versin. Müharibə vaxtı çox mərd-igid oğullar itirdik. Bu baxımdan, hər birimizin yarası böyükdür. Allah xalqımıza səbr versin. Yaşananları unutmaq qeyri–mümkündür.

Qeyd edim ki, Gəncə şəhərinə atılan raketlərdən biri də bizim evin yanına düşdü. Zərbə nəticəsində evdə ciddi xəsarətlər yarandı. Mətbəxdə, hamam otağında və hasarda çoxlu dərin çatlar əmələ gəldi. Hasar çay daşı ilə, hamam otağı və mətbəxt isə sement, çay daşı və qırmızı kərpiclə hörülmüşdür.

Pəncərələri, iki qapını, həyət darvazasını və tavanı öz hesabıma təmir etdirmişəm. “Konco” şirkəti tərəfindən evin çatlarını içəridən, yəni divarın yuxarı başından zamaska və kraska ilə ört–basdır etdi. Bir müddət sonra çatlar yenidən üzə çıxdı.

Onu da deyim ki, indiyə kimi öz hesabıma 1500 manat xərc çəkmişəm.

Dəfələrlə ərizə ilə aidiyyəti qurumlara müraciət etmişəm. Bir dəfə də yenidən müraciət edəndə şirkətin işçisi İbrahim müəllim çəkdiyim zərəri qarşılayacağını dedi və mənə 1500 manat verdilər. Lakin evin halı bərbad olaraq qalırdı. Sonradan bildim ki, mənim adımdan akt tərtib ediblər ki, guya, mən evin qalan xərcini özüm çəkəcəyimi bildirmişəm. Halbuki, bərpanı öz üzərimə götürməmişəm, çünki o çatlar sökülüb, yenidən bərpa olunmalıdır. Həmin saxta sənədi mənə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlasdırma Mərkəzində göstəriblər. Həmin sənədin surətini mənə verməsələr də, orda yazılıb ki, guya mənim evimdə metlax, “pol–potolok”, oboy , kraska və başqa işlər görülüb. Halbuki, tamamilə yalandır. Hətta onlara evin hazırdakı şəkillərini də göstərdim.

Şəkilləri ərizəmlə birgə Prezident İlham Əliyevə, Fövqəladə Hallar Nazirliyinə və Korrupsiya İdarəsinə göndərmişəm. Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevin qəbuluna isə düşmək mümkünsüzdür. Hansı ki, Ramin Abdullayevin işçiləri Prezident Administrasiyası başda olmaqla, bütün aidiyyəti qurumları aldadır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Əvvəlki Yazı

Bakıya getməyə məcburuq – Erməni jurnalist

Növbəti Yazı

Sabah yağış və qar yağacaq

EKSKLUZİV

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 2026 / 13:07
15
Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

02 Fevral 2026 / 12:49
5
“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

02 Fevral 2026 / 11:22
6
DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

01 Fevral 2026 / 18:56
3

XƏBƏR LENTİ

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyl   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.