Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Deyirdi ki, 2 milyardı həzm edə bilmərik: Bəs, indi?

Noyabr 7, 2024
A A

REDAKTORUN SEÇİMİ

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59

Əlbəttə, namizədlərin hər birinə səs verəcəyəm. Amma onlara ünvanlanan suallarım var. Azərbaycan Respublikasının Prezidenti 2016-cı ilin dekabrında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsini təsdiq etdi və orada iqtisadiyyatımızın sürətli inkişafını təmin etmək üçün 4 hədəf müəyyən olundu. Həmin hədəflərdən birincisi humanitar siyasət üzrə üzən məzənnəyə keçidin təmin olunmasından ibarət idi.

Cumhuriyyet.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi ilə bağlı çıxışı zamanı səsləndirib.

Millət vəkili bildirib ki, orada mərhələlər üzrə 2020-ci və 2025-ci ilə qədər olan dövr müəyyən olunmuşdu:

“Artıq bu dövrlər başa çatır və biz hələ də üzən məzənnəyə keçməmişik. Yeni təyin olunanların bu məsələyə münasibətini öyrənmək istəyirəm.

İkinci bir məsələ. Mən zaman-zaman parlamentin iclaslarında məsələ qaldırırdım ki, niyə Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi yerli kommersiya banklarında saxlanılmır ki, Azərbaycan sahibkarlarının ucuz kreditlərə çıxışı təmin olunsun. O cümlədən Mərkəzi Bank da öz ehtiyatlarını kommersiya banklarında aşağı faizlərlə saxlaya bilər ki, sahibkarlar ucuz kreditlər əldə etsin”.

Millət vəkili həmçinin əlavə edib: “Məsələn bu ilin 10 ayı ərzində iqtisadiyyatımıza cəmi 12 milyard manat investisiya qoyulub ki, bu da ölkəmiz üçün çox kiçik bir rəqəmdir. Çox təəssüf ki, banklar birgə layihələrdə iştirak eləmirlər və onu maliyyələşdirmirlər. Bundan başqa bilirik ki, son illər Azərbaycanda 20-dən artıq bank bağlanıb. Ona görə də əhalinin banklara olan etimadı azalıb. Hörmətli Siyavuş Novruzov da bunu qeyd elədi. Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov vaxtilə deyirdi ki, evlərdə 10 milyard dollara qədər vəsait saxlanılır. Yəni hansı tədbirlər görülməlidir ki, o vəsait iqtisadiyyatımıza yatırılsın, vətəndaşların banklara inamı bərpa olunsun?

Bu baxımdan hesab edirəm ki, Mərkəzi Bankın üzərinə çox böyük iş düşür və Mərkəzi Bank bu istiqamətdə konkret addımlar atmalıdır. Mərkəzi Bankın üzvlərinin bu barədə məlumat verməsini arzu edirəm.

Mən 2 milyard manatın gətirilib yerli banklarda yerləşdirilməsini təklif edəndə, o zaman Elman Rüstəmov deyirdi ki, bizim iqtisadiyyatımız bu vəsaiti həzm edə bilməz. Amma biz özümüz hər il beynəlxalq maliyyə qurumlarından həmin faizlərlə və dövlət zəmanəti ilə milyardlarla vəsait kreditlər götürürük. Ona görə də həmin vəsaitlərin bir hissəsinin gətirilməsi barədə onların fikirlərini öyrənmək istəyirəm”.

Əvvəlki Yazı

Hakim olmaq istəyənlərin nəzərinə: Yeni qaydalar…

Növbəti Yazı

Xankəndidə Zəfər Günü ilə bağlı yürüşlər təşkil olunacaq

EKSKLUZİV

Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 / 0:00
0
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

31 İyul 2026 / 21:02
1
“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

31 İyul 2026 / 18:19
3
Bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir

Bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir

31 İyul 2026 / 17:40
1

XƏBƏR LENTİ

Azərbaycan dili və əlifbası günüdür

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir

Bu ay Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Azərbaycanda “WhatsApp” yazışmalarını paylaşanlar cəzalandırılacaq

Bu il ixtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq

DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

Zülfüqar-2026 birgə taktiki təlimi başa çatdı

Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?

Külək nə vaxt zəifləyəcək? – Açıqlama

Bazar günü dövlət qulluğu imtahanı keçiriləcək

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Sabah 39 dərəcə isti olacaq

Köçəryan məhkəmədə Paşinyana uduzdu

ATƏT-in sədri Azərbaycana gələcək

Azərbaycanda 900-dən çox uşağa ananın soyadı verildi

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı

Azərbaycanda həyat yoldaşının soyadını qəbul edən KİŞİLƏR

Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub – FOTO

Bu komanda ev oyunlarını Xankəndidə keçirəcək

Kürd deputat Ermənistan parlamentində sədrlik edəcək

UEFA FIFA turnirlərinə boykot elan etdi

Həyətdə ot yandırmaq istəyənlər oxusun – 10 min cəriməsi var

Azərbaycan bazarında hansı avtomobillər daha çox satılır?

Qazaxda müşavirə keçirilib

Fransanın bu bəyanatları qəbuledilməzdir – XİN

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.