Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı təbrik edib

Dekabr 2, 2024
A A

REDAKTORUN SEÇİMİ

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

30 İyul 25 / 11:39
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

29 İyul 25 / 18:06
Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

28 İyul 25 / 15:21
Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

28 İyul 25 / 13:57
Nəsimi Rayon İcra Hakimiyyətindən şok addım: Sahibkarın 750 min manatlıq əmlakı “dəfn edildi”

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.

Cumhuriyyet.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Birləşmiş Ərəb Əmirlikləri Sizin rəhbərliyiniz altında böyük uğurlara imza ataraq dünyanın inkişaf etmiş və böyük nailiyyətlər qazanmış ölkələrindən birinə çevrilmişdir.

Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır. Cari il ərzində Sizin Azərbaycana həyata keçirdiyiniz iki səfər qardaşlıq münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir.

Son dövrdə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim.

Eyni zamanda Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edir, ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamımı ifadə edirəm.

Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Əvvəlki Yazı

Anar Aslanovun gizli planı: 9.5 milyonluq oğurluq və genişlənən avtosalon!

Növbəti Yazı

Dövlət başçısı Laos Prezidentinə məktub ünvanlayıb

EKSKLUZİV

Moldova prezidenti seçkilərə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

Moldova prezidenti seçkilərə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

30 İyul 2025 / 16:30
0
Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

30 İyul 2025 / 16:16
0
Qabil Məmmədova qiyabi hökm oxundu

Qabil Məmmədova qiyabi hökm oxundu

30 İyul 2025 / 16:00
2
Qusmanın dövlət mükafatları ləğv edilsin – Mironov

Qusmanın dövlət mükafatları ləğv edilsin – Mironov

30 İyul 2025 / 15:46
1

XƏBƏR LENTİ

Moldova prezidenti seçkilərə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

Qabil Məmmədova qiyabi hökm oxundu

Qusmanın dövlət mükafatları ləğv edilsin – Mironov

İstilik təchizatı xidməti bahalaşdı

Dünyada iki yeni fəsil yarandı: Alimlər xəbərdarlıq etdi

Rusiya və Çin Sakit okeanda hərbi təlimlərə başlayır

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb 

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

Rusiya DİN Şıxlinskini axtarışa verdi – Foto

“MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edildi

Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanmasına vəsait ayrılıb – SƏRƏNCAM

Sunami Kaliforniya sahillərinə çatdı

Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayır

İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alındı

Yaponiyada sunami təhlükəsi: Fukuşima AES boşaldıldı

Trampdan ukraynalılara şad xəbər: müharibə bitənə qədər

Xaricdə təhsil almış 46 nəfərin diplomu tanınmayıb

Sabahın hava proqnozu

Nazirlikdən üzərliklə bağlı – Xəbərdarlıq

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

Prezident İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Cəbrayıla növbəti köç karvanı yola salınıb 

DYP sürücülərə qayda pozuntuları ilə bağlı müraciət edib – VİDEO

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları

Vəhdət Partiyasının Abşeron rayon təşkilatının konfransı keçirildi — FOTOLAR

DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir – VİDEO

Abramyandan müharibə mesajı: Çox ciddi hadisələr olacaq

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

Bakıda bu yol bağlanacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.