Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Aliment borcunun hansı hallarda silinə biləcəyi müəyyən edilib

Dekabr 23, 2024
A A

REDAKTORUN SEÇİMİ

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40
Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

Qazaxıstandakı səfirimiz müəmmalı təhsil şirkətini himayə efir: “EasyDanismanlik”in imtahansız qəbul foksu

10 İyul 26 / 11:26
“Kontakt Home”dən qələm fırıldağı: pulsuz məhsul müştərilərə satılır – FOTOFAKT

“Kontakt Home”dən qələm fırıldağı: pulsuz məhsul müştərilərə satılır – FOTOFAKT

09 İyul 26 / 14:29
Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

06 İyul 26 / 13:30
Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18

Ali Məhkəmə aliment borcunun silinməsi barədə tələbə iddia icraatında baxılmasının mümkünlüyü barədə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib.

Məlumata görə, işin hallarına görə, iddiaçı 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət edib. Tələb onunla əsaslandırılıb ki, həmin dövrdə uşaqların maddi ehtiyaclarını təmin edib. Belə olan halda həmin aylar üzrə ona yenidən aliment borcu hesablana bilməz.

Birinci instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxaraq qətnamə qəbul etsə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək işin icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verib. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir.

Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçı 12 avqust – 20 dekabr 2022-ci il tarixləri aralığında övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır.

Ali Məhkəmə də hesab edib ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi və iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. İddia ərizəsindən görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar 2022-ci ilin avqust – dekabr aylarına hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir.

Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Roma Papasına məktub ünvanlayıb

Növbəti Yazı

Şahlar Məmmədov : Agentliyin işləri məni maraqlandırmır

EKSKLUZİV

Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı müraciət edib

Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı müraciət edib

10 İyul 2026 / 14:32
0
Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

10 İyul 2026 / 14:23
0
Velosiped və skuter sürənlərin nəzərinə!

Velosiped və skuter sürənlərin nəzərinə!

10 İyul 2026 / 14:00
0
Mülki PUA-lara nəzarət olacaq

Mülki PUA-lara nəzarət olacaq

10 İyul 2026 / 13:48
0

XƏBƏR LENTİ

Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı müraciət edib

Sabah 38 dərəcə isti olacaq

Velosiped və skuter sürənlərin nəzərinə!

Mülki PUA-lara nəzarət olacaq

Hesablama Palatasına yeni səlahiyyət verilir

Ermənistana propan və gübrə göndəriləcək

Şuşada IV Qlobal Media Forumu keçiriləcək

Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Qazaxıstandakı səfirimiz müəmmalı təhsil şirkətini himayə efir: “EasyDanismanlik”in imtahansız qəbul foksu

Milli Məclisin iclası başlayıb

Neymar karyerasını başa vura bilər

TRİPP İran üçün yeni imkanlar açacaq – Paşinyan

Bizə qələbə lazımdır – Putin

Qurban Qurbanov: “Rəqib çox yaxşı müdafiə olundu”

Səlim Müslümovun evi 50 faiz endirimlə satışa çıxarıldı

Polietilen torba bahalaşdı?

Sabiq sədr külli miqdarda mənimsəmədə ittiham olunur

Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

Məktəbli formalarının qiyməti bahalaşacaq? – Açıqlama

Azərbaycan XİN Cənubi Sudanı təbrik edib

MİQ imtahanlarının vaxtı açıqlandı

Avtomobil bazarında qiymətlər necədir?

Altı ayda 15 420 cinayət qeydə alınıb

“Kontakt Home”dən qələm fırıldağı: pulsuz məhsul müştərilərə satılır – FOTOFAKT

Sabah 37 dərəcə isti olacaq

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb

Xidmət rəisindən gənc zabitlərə yüz kitaba bərabər tövsiyyə…

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

NATO Ankara Bəyannaməsini qəbul edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.