Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Quyudakı Rusiya Əliyevin Ermənistana xəbərdarlığından xilasedici kəndir hörməyə çalışır

Yanvar 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05

Rusiya səmasında vurulan və Aktauda qəzaya uğrayan AZAL təyyarəsinə görə Azərbaycana maddi-mənəvi borclu olan Rusiya, Prezident İlham Əliyevin Ermənistana xəbərdarlığından öz nicatı üçün xilasedici kəndir düzəltməyə çalışır. Buna səbəb son illər Qərbin göz görə-görə Ermənistanı Rusiyanın caynağından qoparması, onu öz keçmiş ağasına qarşı qoymasıdır.

Məlum olduğu kimi, rəsmi İrəvanın 44 günlük müharibədəki məğlubiyyətini Rusiyanın ayağına yazmasından sonra, Ermənistan öz tarixi himayədarından uzaqlaşmağa qərar verdi. İrəvan Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı, rus hərbçilərini Ermənistan sərhədlərinin mühafizəsindən kənarlaşdırdı. Paşinyan hakimiyyətinin “xeyir-duası” ilə ölkədə geniş anti-Rusiya təbliğatına start verildi ki, bu da Kremlə rəqabət şəraitində olan Qərbin Ermənistanda möhkəmlənməsini təmin etdi. Avropa İttifaqının monitorinq missiyasının timsalında Qərbin Cənubi Qafqazda yarıhərbi mövcudluğu bərqərar oldu. Bu gün Qərbdəki bəzi dairələrin çətiri altına sığınan Ermənistan, faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini də dondurmuş vəziyyətdədir. Paşinyan öz açıqlamalarıdna Rusiyanın liderlik etdiyi KTMT-ni heç nəyə yaramayan gərəksiz qurum adlandırır ki, bu da Kremlin İrəvana olan qəzəbini daha da artırır. Bununla yanaşı, Moskva başa düşür ki, siyasi-iqtisadi və hərbi baxımdan ciddi güc itirdiyi bir məqamda Ermənistanın KTMT-dən çıxması Rusiya üçün əlavə problem, ciddi nüfuz itkisi olacaq. Bu səbəbdən də Moskva bu prosesi əngəlləməyə, İrəvanı KTMT-nin bütün üzv dövlətlər kimi Ermənistan üçün də gərəkli olduğu fikrinə inandırmağa çalışır. Ötən gün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin verdiyi bəyanat bunu bir daha sübut edir.

Medvedevin KTMT-ni Ermənistana yenidən sırımaq cəhdi…

Xatırladaq ki, Prezident İlham Əliyev yerli telekanallara verdiyi 7 yanvar tarixli müsahibəsində Ermənistanın ünvanına ciddi xəbərdarlıq ünvanlayıb, onu revanşist niyyətlərdən uzaq olmağa səsləyib. Bu amilə diqqət çəkən Medvedyev, kinayəli şəkildə məlum xəbərdarlıqdan sonra Paşinyanın Ermənistanın KTMT-ə üzv olduğunu xatırlayacağını bildirib.

Medvedyevin bununla Paşinyana hansı mesaj verdiyi açıqdır. Rusiya rəsmisi Paşinyana xatırlatmağa çalışır ki, Cənubi Qafqazda yeni bir müharibənin baş vermə ehtimalı mövcuddur və KTMT Ermənistanın bu müharibədə döyə biləcəyi yeganə qapı ola bilər.

Azərbaycanın hədəsinə möhtac qalan Rusiya…

Göründüyü kimi, quyudakı Rusiya Prezident Əliyevin İrəvana hədəsindən öz maraqları naminə istifadə etməyə, bundan sonra da Ermənistan üçün gərəkli ola biləcəyi fikrini təlqin etməyə çalışır. Bu, Rusiyanın Azərbaycanın nəinki tərifinə, hətta hədəsinə belə möhtac qaldığını, Ermənistan kimi zəif, iqtidarsız dövləti belə formal da olsa yanında görməyə ehtiyac duyduğunu göstərir.

Bəs yeni bir qarşıdurma olarsa, KTMT həqqiətən də Ermənistanı xilas edə bilrrmi? Bu suala cavab vermək üçün 2020-ci ilin Vətən müharibəsini yada salmaq kifayətdir. Hansı ki, o vaxt da KTMT və Qərbin dəstəyinə ümid edən Ertmənistan döyüş meydanında öz məğlubiyyəti ilə tək qaldı. Və əminliklə demək olar ki, Azərbaycan əsgəri bu dəfə də Ermənistanın qapısını döyəndə, İrəvanın üzünə heç bir qapı açılmayacaq.

Seymur Əliyev

Əvvəlki Yazı

Azərbaycan Prezidenti Küveyt səfirinin etimadnaməsini qəbul edib

Növbəti Yazı

Qazax RİH-də ilin ilk ümumi qəbulu keçirilib

EKSKLUZİV

Böyükelçi Mandelson qalmaqalı Keir Starmeri istefa təzyiqinə saldı

17 Aprel 2026 / 16:06
0

İran müharibəsi ABŞ-Avropa silah tədarükünü dayandırdı: Güvən sarsılır

17 Aprel 2026 / 16:06
0

Yunanıstanın Hərbi Qüdrəti Yüksəlir: 50-ci F-16 Viper Xidmətə Verildi

17 Aprel 2026 / 16:06
0

Qlobal Təhlükə: Son 40 İlin Ən Şiddətli Hava Hadisəsi 2°C Həddini Aşır

17 Aprel 2026 / 16:06
0

XƏBƏR LENTİ

Böyükelçi Mandelson qalmaqalı Keir Starmeri istefa təzyiqinə saldı

İran müharibəsi ABŞ-Avropa silah tədarükünü dayandırdı: Güvən sarsılır

Yunanıstanın Hərbi Qüdrəti Yüksəlir: 50-ci F-16 Viper Xidmətə Verildi

Qlobal Təhlükə: Son 40 İlin Ən Şiddətli Hava Hadisəsi 2°C Həddini Aşır

AFFA Premyer Liqa Klubları ilə Mühüm Seminar Keçirdi: Futbolun Gələcəyi Müzakirə Olundu

“Araz-Naxçıvan” – “Turan Tovuz”: Premyer Liqa oyununun START heyətləri ELAN EDİLDİ!

Uçuşa dəqiqələr qalmış pilotdan sərnişinlərə ŞOK təklif: Təyyarədə gərgin anlar

Paşinyana keçmiş həyat yoldaşından gözlənilməz seçki dəstəyi

Kürdəmir stansiyası istifadəyə verilir: Bakı qatarı 1 saat tez çatacaq

Yasamalda Mənzil Axtaranlara Geniş Seçim: “Park Yasamal” Hazır və Tikilməkdə Olan Mənzillər Təklif Edir

Pakistan ABŞ-İran Danışıqlarının Əsas Vasitəçisi: Bu Seçimin Arxasında Nə Dayanır?

Zelenski Putinlə Türkiyədə görüşmək istəyir: Ankara sülh prosesində əsas tərəfdaş

Bakıda dəhşətli ailə faciəsi: Arvadını öldürən kişi evi yandırıb, sonra intihar etdi

Azərbaycanda hava kəskin dəyişir: Güclü külək xəbərdarlığı

Nazir: Atom Enerjisi Azərbaycanın Enerji Balansının Ayrılmaz Hissəsi Olacaq

AAYDA Ağdam-Xankəndi yolunun təmirini niyə yarımçıq qoyub? – İctimaiyyətdə suallar artır

Ren Çayının Dərinliklərindən İki Min İllik Roma Sirri Üzə Çıxdı

Kolumbiyada Qeyri-adi Kəşf: Yeni Hörümçək Növünə Milyonların Dinlədiyi Qrupun Adı Verildi

Uzun Uçuşlarda Yuxu İnqilabı: Air New Zealand Təyyarələrdə Yataq Xidmətini Başlayır

Hidayət Heydərovdan Misilsiz Rekord: 6-cı Dəfə Avropa Çempionatı Finalında!

“Liverpul”da Böyük Dəyişikliklər Gözlənilir: Komanda Köklü İslahatlara Hazırlaşır

İran mediası ABŞ-la danışıqlara niyə şübhə ilə yanaşır?

Ermənistandan Təhdidkar Bəyanat: “Azərbaycanla Müharibə Bitməyib”

Hikmət Hacıyev: Regionda Üçtərəfli və Çoxtərəfli Əməkdaşlıq Zəruridir

İlham Əliyev və Maya Sandu Antalyada Görüşdü: Azərbaycan-Moldova Əlaqələri Genişlənir

Prezident İlham Əliyev Suriya Keçid Hökumətinin rəhbəri Əhməd Əl Şaraa ilə görüşdü

AQC Azərbaycan Qiymətləndiricilər Palatasının Təzyiqlərinə Qarşı Fəaliyyət Planını Açıqladı

AQC-dən qiymətləndiricilərə dəstək: Hüquq pozuntularına qarşı xüsusi departament yaradılır

Moldova Rus Generallarını ‘Persona Non Grata’ Elan Etdi: Kişinyovdan Moskvaya Sərt Mesaj

Putinə Dəstək Azalır: 2022-ci İldən Bəri Ən Aşağı Göstərici

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.