Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qazax RİH-də ilin ilk ümumi qəbulu keçirilib

Yanvar 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43

Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bunu Respublika Prezidenti İlham Əliyevin səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikrindən də aydın şəkildə görürük. Bu, eyni zamanda o deməkdir ki, tutduğu vəzifədən və mövqeyindən asılı olmayaraq hər bir dövlət məmuru vətəndaşın yanında olmalıdır. Ən əsası da odur ki, ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin başlıca istiqaməti kimi bütün sahələrdə əsas götürülməsi dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman hiss olunur. Eyni zamanda, bu, hər bir dövlət məmuruna nümunə olmaqla bərabər, həm də onların iş fəaliyyətinin tərkib hissəsi olması deməkdir.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

2025-ci ilin ilk ümumi qəbulu yanvarın 10-da keçirilib. Qazax şəhərindən və rayonun Quşçu Ayrım kəndindən müraciət etmiş 2 nəfər vətəndaşın istəyi idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, ölkə Prezidentinin qeyd etdiyi kimi, hər bir dövlət məmuru öz vəzifəsinə məsuliyyətlə yanaşmalı, eyni zamanda, ölkə başçısının bu fikrini özünə hər zaman nünunə götürməlidir. Rayon rəhbəri ölkə başçısının səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikrinin əsasını vətəndaş amilinin, məmnunluğunun təşkil etdiyini bildirib.

Rayon rəhbəri 2024-cü il ərzində rayon ərazisində 5059 nəfər vətəndaşın iştirakı ilə 46 səyyar qəbul keçirildiyini, görüşlər zamanı ümumilikdə 110 müraciətin qeydə alındığını söyləyib. Həmçinin, 2024-cü il ərzində Qazax Rayon İcra Hakimiyyətində keçirilmiş 46 ümumi qəbulda 380 nəfər, 64 fərdi qəbulda 105 nəfər olmaqla, ümumilikdə 110 qəbulda 485 nəfərin iştirak etdiyini, 517 məsələ qaldırıldığını diqqətə çatdırıb. İstər keçirilən fərdi və ümumi qəbullar, istərsə də səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qisminin həll olunduğunu, bir qisminin icraata götürüldüyünü, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edildiyini vurğulayıb.

“Hər zaman olduğu kimi, 2025-ci ildə də vətəndaş məmnunluğunun təmin olunması hər birimiz üçün ən ümdə məsələ olmaldır. Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşı qəbul edib onun müraciətini dinləmək, onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, – deyən icra başçısı bu günə kimi keçirilən qəbulların məhz bu məqsədə xidmət etdiyini söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə olan görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. İcra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib.(mediaxeberleri.az)

Əvvəlki Yazı

Quyudakı Rusiya Əliyevin Ermənistana xəbərdarlığından xilasedici kəndir hörməyə çalışır

Növbəti Yazı

Ağstafada bələdiyyə bazarlığı edən xanım müavin kimdir: Rüşvət dosyesi

EKSKLUZİV

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 / 17:26
1
Müəllimlərin maaşı belə hesablanacaq

Müəllimlərin maaşı belə hesablanacaq

04 Sentyabr 2026 / 16:30
1
Azərbaycan Niderlanda yeni səfir təyin edib

Azərbaycan Niderlanda yeni səfir təyin edib

04 Sentyabr 2026 / 16:17
2
Bəzi yerlərdə leysan olacaq – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 / 16:00
1

XƏBƏR LENTİ

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Müəllimlərin maaşı belə hesablanacaq

Azərbaycan Niderlanda yeni səfir təyin edib

Bəzi yerlərdə leysan olacaq – XƏBƏRDARLIQ

Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Ötən ay Bakı metrosundan istifadə edənlərin sayı 12%-dən çox azalıb

Formula 1-ə görə Bakıda onlayn dərsə keçən məktəblər açıqlandı

Dilqəm Əsgərov oğlundan imtina etdi – Onu məhkəməyə verdi

DYP sürücülərə xəbərdarlıq edib

Bakıda bal yarmarkası keçiriləcək

Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq

Sabah 35 dərəcə isti olacaq

ADY 8 ayda 7 milyondan çox sərnişin daşıyıb

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

MİDA: 12 minə yaxın ailə mənzillə təmin olunub

İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər

MİDA güzəştli mənzillərin satışına BAŞLADI

Peşə məktəblərində köçürülmə və bərpa BAŞLADI

Bakıda növbəti yarış: bu yollar bağlanır

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb

İlham Əliyev Corciya Melonini təbrik edib

İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub – FOTOLAR

Uşağını özəl bağçaya qoyan valideynlərə ŞAD XƏBƏR

Bakıda bəzi məktəblərdə dərslər onlayn olacaq – SƏBƏB

Sabahın hava proqnozu açıqlanıb

“Səbail”in adı dəyişdirilir

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

Prezident San Marinonun Regent Kapitanlarını təbrik edib

Avqustun ən isti günü məlum oldu

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.