Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Ağstafada bələdiyyə bazarlığı edən xanım müavin kimdir: Rüşvət dosyesi

Yanvar 11, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

29 yanvar bələdiyyə seçkiləri yaxınlaşdıqca ayrı-ayrı bölgələrdə rayon icra başçılarının öz yaxınlarını bələdiyyəyə yerləşdirmək fəallığı da artıb. Bununla bağlı Ağstafa rayonu ilə bağlı ALFA.TV-yə ilginc məlumatlar daxil olub. Məlumatda rayonun əksər bələdiyyə sədrlərinin artıq müəyyənləşdiyi bildirilir. Bu bazarlığı isə icra başçısı adından başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Eyyubova Lalə Sücayət qızının apardığı deyilir. Ağstafada artıq müəyyənləşmiş bələdiyyə sədrləri bunlardır:
1. Ağstafa bələdiyyəsi üzrə Nəsib Hacıyev
2. Dağ Kəsəmən bələdiyyəsində Solmaz Namazova,
3. Köçəsgər və Eynallı bələdiyyəsində Asim Namazov,
4. Göycəli, Tatlı, Köhnə Qışlaq və Yaradullu bələdiyyəsində Yasin Əhmədov,
5. Həsənsu və Vurğun qəsəbə bələdiyyəsindı Nizami İsgəndərov
6. Qırılı bələdiyyəsində Şahlar Əzimov,
​7. Poylu, Qıraq Kəsəmən, Poylu qəsəbə və Saloğlu bələdiyyəsindı Alı Məmmədov,
8. Aşağı Kəsəmən və Zəlimxan bələdiyyələsindı Şirin Namazov
9. Aşağı Göycəli, Xətai, və Yenigün bələdiyyəsində Mirəsgər Mahmudov
10. Pirili, Kol Xəlifəli, Qarahəsənli, Düz Qışlaq, Kolayır, Xılxına və Molla Cəfərli bələdiyyəsindı Arifə İsmaylova,
Bələdiyyə sədri olması üçün bazarlığını edib.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı Lalə Eyyubova ilə bağlı ilginc məlumatlar əldə etdik. Həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Nizaməddin Quliyevin cinayət işi üzrə şahid qismində tanınan RİH-in başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubovanın istintaqa verdiyi ifadəsi məlum olub. O ifadəsində bildirib ki, 2008-ci ildən Ağstafa RİH-in başçısının müavini vəzifəsində çalışır, xidməti fəaliyyətilə əlaqədar təhsil, səhiyyə, mədəniyyət sahələrinə nəzarəti həyata keçirir.

O deyib ki, N.Quliyev 2019-cu ilin aprel ayının 5-də Ağstafa RİH-in başçısı təyin olunduqdan bir müddət sonra rayonda fəaliyyət göstərən bağçalardan abadlıq işlərinə yardım adı altında rüşvət toplamağa başlayıb:”Bu barədə icra başçısının sabiq müavini Ramiz Tatarov vasitəsilə mənə məlumat göndərdi. Nizaməddin Quliyevin tapşırığı ilə Ağakişiyev Fazil Maksim oğlu və Yaqubova Zülfiyyə Hüseyn qızından Ağstafa rayon Qarayazı kənd uşaq bağçasına vakant gözətçi yerlərinə işə düzəlmək üçün müdir Rəsmiyyə Əhmədova vasitəsilə hər birindən 3 000 manat, ümumilikdə 6 000 manat, Pirili kənd uşaq bağçasına vakant gözətçi ştatlarına işə düzəlmək üçün Məmmədova Gülsarə Səlim qızı və Mirzəyev Elman Telman oğlunun hər birindən 1 000 manat olmaqla ümumilikdə 2 000 manat, Vurğun qəsəbə 1 saylı körpələr evi və uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından vəzifədə saxlanılması görə 2 000 manat, Qarayazı kənd uşaq bağçasının müdiri Əhmədova Rəsmiyyə Xəlil qızından vəzifədə saxlanılması görə 1 800 manat, Vurğun qəsəbə 2 saylı körpələr evi və uşaq bağçasının müdiri Qasımova Rahilə Əli qızından vəzifədə saxlanılması görə 2 500 manat, Böyükkəsik kənd uşaq bağçasının müdiri Hüseynova Sədaqət Baba qızından vəzifədə saxlanılmasına görə 1 700 manat, Sadıqlı kənd uşaq bağçasının müdiri Mustafayeva Rəsmiyyə Veysəl qızından vəzifədə saxlanılmasına görə 1 500 manat, Xətai kənd uşaq bağçasının müdiri Hüseynova Mülayim Əli qızından vəzifəsində saxlanılmasına görə 2 000 manat məbləğində rüşvət aldım. Həmin pulları da Nizaməddin Quliyevə çatdırmaq üçün xidməti otağında Ramiz Tatarova verdim”.

Şahid söyləyib ki, bundan başqa o, Ağstafa RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini vəzifəsində işləyən Əziz Məsmalıyev vasitəsilə Qırılı kənd uşaq bağçasının müdiri Nağıyeva Zahirə Əmiraslan qızından vəzifədə saxlanılmasına görə 2 000 manat, Poylu qəsəbə 2 saylı uşaq bağçasının müdiri Hüseynova Zərnişan Mığır qızından 1 000 manat, Qırlı kənd uşaq bağçasının müdiri Allahverdiyeva Xalidə Hidayət qızından 1 500 manat məbləğində rüşvət alıb: “Daha sonra həmin pulları Nizaməddin Quliyevə çatdırması üçün xidməti otağında Ramiz Tatarova təqdim etdim”. L.Eyyubova ifadəsində vurğulayıb ki, N.Quliyevin tələbi ilə Ağstafa rayonun Köçəsgər kənd 1 saylı uşaq bağçasının müdiri Sevda Rəhimovadan 2 500 manat məbləğində rüşvət istəyib: “Lakin Sevda Rəhimova buna etiraz etdi və həmin pulu vermədi”.

Qeyd edək ki, Lalə Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.

Əvvəlki Yazı

Qazax RİH-də ilin ilk ümumi qəbulu keçirilib

Növbəti Yazı

Avrasiya hospitalda şok əməl: xəstəni öldürüb yaxınlarından gizlətdilər – VİDEO

EKSKLUZİV

Pİrinston Xəbərdarlığı: Cəmi 47 Saat Qalıb – Telefon, İnternet və Banklar Hər An Dayana Bilər!

30 Aprel 2026 / 12:50
0

Bu Günün Əsas Futbol Matçları: Canlı Yayımlar və Kanallar

30 Aprel 2026 / 12:50
0

Keçmiş Vəkil Ev Heyvanları Tullantılarının Təmizlənməsi Biznesi ilə Sərvət Qazandı

30 Aprel 2026 / 12:50
0

Prezident İlham Əliyev Azərbaycan güləşinin qəhrəmanları ilə görüşdü: Uğurlar yüksək qiymətləndirildi

30 Aprel 2026 / 12:50
0

XƏBƏR LENTİ

Pİrinston Xəbərdarlığı: Cəmi 47 Saat Qalıb – Telefon, İnternet və Banklar Hər An Dayana Bilər!

Bu Günün Əsas Futbol Matçları: Canlı Yayımlar və Kanallar

Keçmiş Vəkil Ev Heyvanları Tullantılarının Təmizlənməsi Biznesi ilə Sərvət Qazandı

Prezident İlham Əliyev Azərbaycan güləşinin qəhrəmanları ilə görüşdü: Uğurlar yüksək qiymətləndirildi

Simeone ailəsi qəzəbləndi: Loqo tapdalanması böyük qalmaqala səbəb oldu

Prezident İlham Əliyev Güləşçilərlə Səmimi Görüşdə: Azərbaycan İdmanının Gələcəyi Müzakirə Olundu

Zelenski Putinin 9 May Atəşkəs Təklifini Rədd Etdi: ‘Bu, Tələdir!’

Putin Trampa Qələbə Günü atəşkəs təklif etdi: Kiyev və Avropanı ittiham etdi

Xocavəndə Böyük Qayıdış Davam Edir: Növbəti Köç Karvanı Yola Düşdü

DİN-dən Qanunsuz Silahlara Qarşı Kəskin Çağırış: Təhlükəsizlik Təminatı Üçün Son Şans

Azərbaycanda Ailə Böhranı: Nikahlar Tarixi Minimumda, Boşanmalar İkiqat Artım Səviyyəsində

ABŞ-dan İrana Mesaj: İqtisadi Zərər 6 Milyard Dolları Aşıb

Azərbaycan Deflimpiya hərəkatı – Qısa müddətdə böyük uğur

ABŞ Müdafiə Naziri Konqresi Qəzəbləndirdi: İran Müharibəsi Üçün 1.45 Trilyon Dollarlıq Büdcə Tələbi

Kaliforniyanın su şəbəkəsini iflic edən Qızıl Midyələr: Milyardlarla Dollarlıq Zərər və Həll Yolu Axtarışı

Uqanda Nazirindən Türkiyə və Türk Qadınları Barədə Şok Paylaşımlar

Arktik Dairədə Misilsiz Kəşf: Bağlanan Mədəndən Nəhəng Sarı Almaz Tapıldı

İnsan fəaliyyəti Yerin qütblərini dəyişir: Nəhəng su anbarlarının gözlənilməz təsiri

Azərbaycan millisi Belarusla üz-üzə: Vacib sınaq

Bakıda bank sirri pozuntusu: Qohumlara zəng edən bank cərimələndi

Azərbaycanda soğanın qiyməti kəskin ucuzlaşdı: Səbəb bolluqdur

Məhkumlarla görüşlər asanlaşır: Onlayn qeydiyyat xidməti istifadəyə verildi

Rusiyanın Ən Varlı Oliqarxından Şok Açıqlama: ‘Ofşorda Pul Yoxdur, Böhran İçindəyik’

Zelenski ABŞ senatoru Vensi ittiham etdi: “Rusiyaya kömək edirsiniz!”

Müştərinin Borcunu Açıqlayan Bank Cəzalandırıldı: Məhkəmə Qərarı Məxfiliyin Təminatçısı Oldu

Azərbaycan Banklarının Faiz Gəlirləri AÇIQLANDI: Milyonlarla Manat Qazanc!

Azərbaycan millisi Pakistanı məğlub etdi: Növbəti sınaq uğurla başa çatdı

İqlim Dəyişikliyi Həyəcanı: Dünyadakı Bir Çox Növ Yox Olma Təhlükəsi ilə Üz-üzədir

Merzin sözləri ittifaqı sarsıtdı: ABŞ Almaniyadan qoşunlarını çıxarır

Avropa Liqası: İngilis Nəhənglərinin Həlledici Qarşıdurması

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.