Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib

Yanvar 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsindən artıq 35 il ötür. Tarixə “Qanlı Yanvar” kimi həkk olunmuş bu hadisə xalqımızın azadlıq arzusunu və istəyini boğmaq məqsədilə həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. Bu faciə Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunub. Qanlı Yanvar qətliamı, eyni zamanda, Azərbaycanın müstəqillik yolunda dönməz qərarının ifadəsi idi. Şəhidlərimizin qanı ilə yazılan bu tarix, xalqımızın azadlıq mübarizəsinin simvoluna çevrildi. Bu gün də əminliklə deyə bilərik ki, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri, baş vermiş qanlı faciə xalqımıza qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və ən dəhşətli cinayətlərdən biridir.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib. Rayon ərazisində hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər düzülüb. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla anılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və təşkilatın əməkdaşları, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, polis əməkdaşları, ictimaiyyət nümayəndələri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirələrini yad edib, memorial önünə tər qərənfillər düzərək, şəhidlərimizə olan ehtiramlarını bildiriblər.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb.

Bakı vaxtı ilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.

Qeyd edək ki, 20 Yanvar və Azərbaycan tarixində daha əvvəl baş vermiş digər faciəli hadisələr XX əsr boyunca xalqımıza qarşı aparılan məqsədyönlü siyasətin bir parçası idi. Sovet rejiminin himayəsi ilə Qarabağda alovlanan separatizm, azərbaycanlıların Ermənistandakı ata-baba torpaqlarından zorla çıxarılması və xalqımıza qarşı törədilən soyqırımları bu siyasətin tərkib hissəsi olub.

Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun göstərişi ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunları 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha dünyaya nümayiş etdirdi. Sovet qoşunlarının Bakıya daxil olması xüsusi qəddarlıq və misilsiz vəhşiliklə müşayiət olunurdu. Hələ fövqəladə vəziyyət elan edilməmişdən əvvəl 82 dinc insan qətlə yetirilmiş, 20 nəfər ağır yaralanmışdı. Məhz bu, rejimin xalqın azadlıq istəyini qana qərq etmək üçün heç bir insani dəyərlərə məhəl qoymadığını sübuta yetirdi.

Həmin gecə Sovet rəhbərliyinin əmri ilə Azərbaycan xalqına qarşı düşmənçilik hissləri ilə silahlanmış 65 minlik hərbi qüvvə, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə daxil oldular. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, fərqinə varmadan hər kəsi atəşə tuturdular. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda ümumilikdə 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.

Faciənin miqyası ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatı “Şit” ekspertlərinin hesabatında qeyd edilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdu. Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür; adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var; “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir”.

Xalqımızın üzləşdiyi həmin dəhşətli faciənin bu gün minlərlə canlı şahidi var. Sovet imperiyası qoşunlarının Azərbaycanda törətdiyi hərbi cinayətin ağır nəticələrini və eyni zamanda, xalqımızın sarsılmazlığını əks etdirən ən təsirli sübutlardan biri də o dövrü əks etdirən fotoşəkillərdir. Qanla yoğrulmuş Bakı gecəsinin, günahsız insanların küçələrdə qalan cəsədlərinin, şəhidlərin dəfn mərasimində yaşanan izdihamın təsvir olunduğu bu şəkillər həmin günlərin ağrı-acısını bir daha göz önünə gətirir.

20 Yanvar Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq dastanı kimi yazılıb. Şəhidlərin dəfn mərasimindəki izdiham xalqımızın yaşadığı dərin kədəri, eyni zamanda, onun milli birliyini, bir amal uğrunda necə sıx birləşdiyini bütün dünyaya göstərdi. Bu anları əbədiləşdirən fotolar, tariximizin həm ağır, həm də qürurverici səhifələrini özündə əks etdirir. Həmin şəkillər, xalqımızın azadlıq uğrunda apardığı mübarizənin unudulmaz sübutlarıdır.

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, 20 Yanvarın tariximizdəki əhəmiyyətini zaman keçdikcə daha aydın dərk edirik. 1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda mübarizədə ilk şəhidlərini verdi. Öz həyatlarını qurban verən qəhrəmanlarımız göstərdikləri misilsiz fədakarlıqla azadlıq yolunda xalqımızın şərəfli tarixində yeni səhifə açdılar. Bu faciənin ən önəmli məqamlarından biri də xalqın birliyinin və milli iradəsinin imperiyanın gücünə qalib gəlməsi idi.

Şəhidlərin ruhu şaddır, çünki onların axıtdığı qan hədər getmədi. Otuz beş il əvvəl başlanan çətin və şərəfli yol xalqımızı 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinə qovuşdurdu. 2020-ci ildəki 44 günlük Vətən müharibəsində qazanılan böyük Qarabağ Zəfəri və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Məhz bu səbəbdən xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü xüsusi qürur və iftixar hissi ilə qeyd edir.

Zaman keçdikcə Qanlı Yanvar hadisələrinə baxış daha geniş mənalar kəsb edir. Vaxtilə bu faciəni dərin hüznlə anır, şəhid məzarlarına qərənfillər düzməklə təsəlli tapırdıqsa, bu gün həmin anlara həm də böyük fərəh və qürur hissi ilə yanaşırıq. Əliyalın insanların təpədən-dırnağa silahlanmış sovet əsgərləri tərəfindən güllələndiyi, tankların altında əzildiyi o soyuq qış gecəsi, əslində, xalqımızın azadlıq və müstəqillik yolunda atdığı ilk böyük addım idi.

Faciədən sonra Azərbaycan tam informasiya blokadasına salınmışdı. Bu informasiya blokadasını o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev yardı. Faciənin səhəri günü – yanvarın 21-də Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. Azərbaycanda baş vermiş hadisələrin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirərək bu qanlı cinayətə qarşı etiraz səsini ucaltdı. Ulu Öndərimizin 20 Yanvar hadisələri ilə bağlı bəyanatı nəticəsində dünya SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bu dəhşətli, xüsusi amansızlıqla törətdiyi dövlət terrorundan xəbər tutdu.

Eyni ilin noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Heydər Əliyev 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qarşı yönəlmiş təcavüz kimi qiymətləndirdi. O, çıxışında qeyd edirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir… Bu, Azərbaycan xalqına qarşı hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”. Noyabrın 21-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən, xalqımızın ümumi rəyini özündə təcəssüm etdirən sənəd qəbul edildi.

Şəhid qanı müqəddəsdir. Ona ən dəqiq qiyməti də Ümummilli Lider Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlərboyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Xalqımızın azadlıq və zəfər yolunun təməli məhz 20 Yanvar gecəsində qoyuldu. Bu müddət ərzində Azərbaycan misilsiz inkişaf yolu keçərək həm regionda, həm də dünyada nüfuzlu bir dövlətə çevrildi. Müstəqilliyimiz isə əbədi və dönməz bir xarakter aldı. Zaman keçsə də, dəyişməyən tək şey xalqımızın şəhidlərə göstərdiyi hörmət və ehtiramdır.

20 Yanvardan sonra Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarət məkanlarından birinə çevrildi. Bakının ən yüksək nöqtələrindən birində yerləşən bu müqəddəs məkan həm ümummilli hüzn və kədərin, həm də xalqımızın mübarizliyinin və yenilməz iradəsinin rəmzidir. İllər keçdikcə şəhidlərə olan ehtiram daha da güclənir. Çünki məhz onların göstərdikləri fədakarlıq nəticəsində xalqımız azadlıq arzusuna çatdı. Həmçinin Qarabağımız məhz qəhrəman şəhidlərimizin canı və qanı bahasına işğaldan azad edildi. Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin hər bir guşəsində böyük qürurla dalğalanır. Biz buna görə rəşadətli Ordumuza, qəhrəman Azərbaycan əsgərinə və bütün şəhidlərimizə borcluyuq.(mediaxeberleri.az)

.

Əvvəlki Yazı

Əhalinin sayı açıqlandı

Növbəti Yazı

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş 10-cu “ARPACHAY OPEN” karate turniri uğurla yekunlaşıb

EKSKLUZİV

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

08 Fevral 2026 / 22:54
2
EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə – Müasir Dəstək Platforması

EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə – Müasir Dəstək Platforması

07 Fevral 2026 / 14:50
2
Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

06 Fevral 2026 / 22:59
1
Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

06 Fevral 2026 / 22:56
4

XƏBƏR LENTİ

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə – Müasir Dəstək Platforması

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Prezidentdən mühüm mesaj – regionda yeni dövr başlayır

Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti”

“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.