Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Redaktorun Seçimi

Bakının iki bələdiyyə sədrindən inanılmaz seçki oyunu: Qohumbazlıq…

Yanvar 22, 2025
A A

REDAKTORUN SEÇİMİ

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05

Səbail və Badamdarın bələdiyyə sədrləri barəsində təkzibolunmaz sübutların tirajlanmasını da hamı bilir…

Qarşıdan 29 yanvar Bələdiyyə Seçkiləri gəlir. İctimaiyyətin bu seçkilərə də inamı qalmadığı göz qabağındadır. Çünki bir çox rayonlarda artıq bələdiyyə sədrlərinin təyin olunduqları danılmaz fakt kimi ortadadır. Onlardan biri də, seçkilərə hazırlıq səviyyəsi sıfıra bərabər olan paytaxt Bakının Səbail rayonudur. Dəhşət ondadır ki, bu yazıda adları keçən namizəd şəxsləri heç kəs tanımır və onların bu rayonun taleyüklü məsələlərində, sosial həyatında heç bir nə effektiv rolları olmayıb.

Ümumiyyətlə, Səbail rayonunda fəaliyyət göstərən yerli idarəetmə orqanlarından  mediada ən çox tənqid olunan bələdiyyələrdir. Səbail və Badamdarın bələdiyyə sədrləri barəsində təkzibolunmaz sübutların tirajlanmasını da hamı bilir. Təəssüf ki, onların barələrində hələki adekvat tədbirlər görülməyib.

AzToday.az-ın media üzərindən apardığı araşdırmalardan məlum olur ki, Səbail Bələdiyyəsindəki özbaşınalıqlar inanılmaz dərəcədə çoxdur. Belə ki, sədr Hacı Əliyevin özü ilə bərabər, burada işlə təmin etdiyi doğma-yaxınları və tanışları da, şəxsi mənafeləri naminə hər oyundan çıxmaqdan çəkinmirlər. Bir sözlə, burada şəxsi mənafe amili gözləri elə qapadıb ki, heç onun özünün, eləcə də burada işlə təmin etdiyi doğma-yaxınlarının və tanışlarının, bələdiyyələrin işləriylə bağlı ölkə başçısının tapşırıq, tələb və tövsiyələrini həyata keçirmək, həssas təbəqədən olan əhaliyə göstərilən xidməti yaxşı səviyyədə təşkil etmək belə yadlarına düşmür. Konkret desək, Hacı Əliyev bələdiyyə sədri olandan, ətrafında bir “ailə ansamblı” yaradaraq, burada işlə təmin etdiyi səlahiyyət sahibi doğma-yaxınlarının adıyla, “rəsmi qaydada olaraq”, indiyəcən, külli miqdarda bələdiyyə pullarını mənimsəyib?!

Hacı Əliyevin özü bu rayonda yaşamasa da, onun bələdiyyə sədri necə seçilməsi hamını indiyədək düşündürür.

Səbail rayonunun Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədovun adı isə, mediada keçmiş peşəsinə sadiq qalaraq, maklerlik fəaliyyəti, torpaq alqı-satqısı, ev və obyekt inşası məsələsində hallanır. Məlumata görə Təzəxan Məmmədov sadəcə torpaqların satışı ilə deyil, həm də onların üzərində ev və obyekt inşası ilə də məşğul olur. Bələdiyyə sədri ondan torpaq alan hər bir müştəriyə torpaq üzərində ev, yaxud obyekt inşa etdirəcəyi təqdirdə bəlli məbləğ qarşılığında tikinti inşasına nəzarət edən bütün lazımi adamlarla anlaşma yaradacağını təklif edir. Bu prosesdə isə Təzəxan Məmmədovun əsas güvəndiyi şəxs icra başçısının birinci müavini Vüqar Şıxməmmədovdur. Bələdiyyə sədrinin əsas himayədarı kimi tanınan Şıxməmmədov üç ildir bu vəzifəyə təyin olunub və bu gün rayonun “qara kassası” kimi tanınır. Öz yaxınlarını Badamdar bələdiyyəsində və DOST xidmətinin sahələrində işə düzəldən müavinin sədrlə birgə bələdiyyə büdcəsini tam nəzarətdə saxladığı bildirilir.

Bu arada AzToday.az-a daxil olan məlumatlara görə, həm Hacı Əliyev, həm də Təzəxan Məmmədov yenidən bələdiyyəni ələ keçirmək üçün hərəkətə keçiblər. Bildirilir ki, Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev bu vəzifədə istədiyi kimi hərəkət etməkdən çəkinmir. Paytaxt Bakının olduqca böyük bələdiyyələrindən biri olan Badamdar Bələdiyyəsinin sədri Təzəxan Məmmədovla bərabər sanki buranı özəlləşdiriblər. Ciddi olan namizədlik məsələsini dəyiş-düyüş oyununa çevirməkdən çəkinməyiblər. Qohumbazlığı, tayfabazlığı… bu seçkilərdə də, əsas prinsip olaraq qarşılarına məqsəd qoyublar.

Bəli, namizədlərin irəli sürülməsində oyunbazlıqları göz qabağındadır. Hacı Əliyev öz doğma-yaxınlarının namizədliklərini Badamar Bələdiyyəsindən, Təzəxan Məmmədov isə, Səbail Bələdiyyəsinin özündən irəli sürüblər. Belə ki, sədrin nəvəsi Nurel Badamdar, Təzəxan Məmmədovun qızı Nəzrin Vahidova isə, Səbail Bələdiyyəsindən namizəd kimi qeydə alınıblar. Onların yaxınları Vahidə Cəfərova və Hüseyn də namizəd kimi istədiklərini edirlər. Hacı Əliyevin bələdiyyə işçisi olan qardaşı oğlu Şahin, rayon vergisində rəis müavini postunu tutan bacanağı Fərhad müəllimin qızı Pərvin də seçki qalibi olacaqlarını indidən bilirlər.

Dəhşət ondadır ki, namizədlərin heç biri Səbaildə yaşamır. Hətta burada qeydiyyatları belə yoxdur. Halbuki bu rayon Bələdiyyəsinin namizədləri burada qeydiyyatları olub, yaşayanlar ola bilərlər. Onların doğum haqqında şəhadətnamələrinin surətləri deyilənlərin təsdiqidir.

Səbail rayonunun bələdiyyələrində baş verən özbaşınalıqlarla bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Əvvəlki Yazı

Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı – FOTO

Növbəti Yazı

İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib

EKSKLUZİV

Dramatik Heç-heçə: “Neftçi” “Zirə” ilə Matçda Qələbəni Son Anda Əldən Verdi

17 Aprel 2026 / 22:28
0

AFFA-dan CƏZA: Komanda yarışdan kənarlaşdırıldı!

17 Aprel 2026 / 22:28
0

Zirə”dəki qalmaqal: Futbol ictimaiyyəti təşvişdə – Video detalları

17 Aprel 2026 / 22:28
0

“Zirə”nin futbolçusu mükafatlandırıldı: Kim fərqləndi?

17 Aprel 2026 / 22:28
0

XƏBƏR LENTİ

Dramatik Heç-heçə: “Neftçi” “Zirə” ilə Matçda Qələbəni Son Anda Əldən Verdi

AFFA-dan CƏZA: Komanda yarışdan kənarlaşdırıldı!

Zirə”dəki qalmaqal: Futbol ictimaiyyəti təşvişdə – Video detalları

“Zirə”nin futbolçusu mükafatlandırıldı: Kim fərqləndi?

Azərbaycan və Yunanıstan Arasında Strateji Əməkdaşlıq Dərinləşir: Növbəti İclas Afinada

Antalyada Əliyev-Ərdoğan zirvəsi: Strateji əməkdaşlıq və qardaşlıq gündəmi

Siyasət Əsgərovdan Həlledici Çağırış: “Mütləq Qalib Gəlməliyik!”

Kurban Berdıyev Qələbəni Belə Şərh Etdi: Komandanın Uğur Sirləri

Neftçi rəqib qapısına yol tapdı: Matçda hesabı açdı!

Vadjin Və Batista Şousu: Həlledici Qollarla Yadda Qalan Oyun

Bakıda baha, kənddə pulsuz: Soğan qiymətlərindəki paradoks və israf

Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı: Məhkəmə qərarı açıqlandı

Ermənistandan Azərbaycana məhsul ixracı gündəmdə: Regional iqtisadi əlaqələrdə yeni səhifə açılır?

Trampın Sensasion İddiası: İran Uranın Zənginləşdirilməsini Dayandırmağa Razılaşıb

ABŞ Əsgərləri Yaxın Şərqdə Ac Qalır: Ailələr Şok Fotolar Paylaşdı

“Zirə” – “Neftçi”: Premyer Liqada Həlledici Qarşılaşma!

DÇ-2026: Dünya Çempionatının Ən Bahalı Biletləri Təsdiqləndi

İran Hörmüz boğazını kommersiya gəmiləri üçün açdı: Beynəlxalq ticarət üçün vacib addım

Hikmət Hacıyev: Cənubi Qafqazda sülh təşəbbüsləri əməli nəticə verməlidir

Prezident İlham Əliyev və Mehriban Əliyeva 5-ci Antalya Diplomatiya Forumunun açılışında

Livan faciəsi dərinləşir: İsrail hücumlarında qurbanların sayı 2300-ü ötdü

Konstitusiya Məhkəməsindən Tarixi Qərar: Məhkəmə Aidiyyəti Məsələsinə Aydınlıq Gətirildi

İrəvan: Azərbaycan və Ermənistan sülh sazişi üzərində fəal işləyir

Hikmət Hacıyev: Azərbaycan-Türkiyə Münasibətləri Dünyaya Örnəkdir

İran ABŞ-a sərt xəbərdarlıq etdi: Hörmüz boğazı gərginliyi artır

Andrey Demçenko məğlubiyyətin məsuliyyətini öz üzərinə götürdü

Premyer Liqada Həlledici Qarşılaşma: “Zirə” – “Neftçi” Heyətləri Açıqlandı

Premyer Liqada həyəcan: “Turan Tovuz”dan vacib qələbə, “Zirə”-“Neftçi” qarşıdurması

Brent nefti 10 dollar ucuzlaşdı: Qlobal bazarlarda gərginlik

Putin Təhlükəsizlik Şurası ilə Toplantı Keçirdi: Gündəmdə Nələr Var?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.