Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

DİN: Ötən il 33 379 cinayət qeydə alınıb, onlardan 87,6 faizi açılıb

Yanvar 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib.

DİN-in Mətbuat Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, yanvarın 24-də Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasətinin sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik hesabat ilində də etibarlı qorunub.
Qeyd olunub ki, cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib, qanunla müəyyən edilmiş funksiyaların digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib. Daxili işlər orqanlarının əməkdaşları miqyasına görə indiyədək ölkəmizdə keçirilən konfrans, yarış və mərasimlərlə müqayisəyə gəlməyən COP29-un yüksək təhlükəsizlik şəraitində keçməsi üçün üzərinə düşən vəzifələri və qarşıya qoyulmuş tapşırıqları aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində əzmlə yerinə yetirib.
Hesabat məruzəsi ilə çıxış edən nazir V.Eyvazov vurğulayıb ki, 2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 33.379 cinayət qeydə alınıb, onlardan 87,6 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 327 fakt təşkil edib. Cinayətlərin 94,4 faizi və ya 31.526-sı daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 90,3 faizinin açılması təmin edilib.
Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87,3, qeyri-aşkar şəraitdə baş verənlərin 86, şəxsiyyət əleyhinə olanların 98,9, onlardan qəsdən adam öldürmələrin 96,6, adam öldürməyə сəhdlərin 95,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, mülkiyyət əleyhinə olanların 83,3 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib.
Davam etdirilən profilaktik tədbirlərin nəticəsi olaraq müqayisə edilən dövrə nisbətən 2024-cü ildə qrup halında baş verən cinayətlərin sayında 23,2, ictimai yerlərdə baş verənlərin sayında 9, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlərin sayında 8 faiz azalma qeydə alınıb. Ümumi cinayətlər 9,4, ağır və xüsusilə ağır cinayətlər 18,9, qeyri-aşkar şəraitdə baş verənlər 18,1, qəsdən adam öldürmələr 9,6, adam öldürməyə cəhdlər 16,9, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,5, xuliqanlıqlar 5, odlu silahın tətbiqi ilə törədilənlər 21, mülkiyyət əleyhinə olanlar 10,4, onlardan avtonəqliyyat vasitələrini qaçırmalar 9,5, habelə yol-nəqliyyat hadisələri 12,8, qəzalarda xəsarət alanların sayı 13,1, ölənlərin sayı 11,4 faiz azalıb.
Prokurorluq orqanlarının əməkdaşları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edildiyini, 630 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunduğunu, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük bir iş həcminin yerinə yetirildiyini qeyd edib.
Təqsirləndirilən şəxslərin axtarışının nəticələri yaxşılaşaraq 87,9 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub.
Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 527 fakt müəyyən edilib, həmin cinayətlərə görə 247 nəfər tutulub. Ümumilikdə 7.227 odlu silah və 1 milyona yaxın sursat aşkarlanıb.
Narkotiklərlə mübarizənin də vəziyyətinə toxunan nazir V.Eyvazov bildirib ki, qanunsuz dövriyyədən 2023-cü il ilə müqayisədə 250 kiloqram çox – 4 ton 714 kiloqram, narkotik vasitə götürülüb, 283 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 466 fakt üzrə 2 ton 51 kiloqram müvafiq vasitə aşkarlanıb və narkotiklərlə əlaqəli cinayətlərə görə 108 cinayətkar qrup zərərsizləşdirilib. Bu istiqamətdə əldə olunmuş müsbət nəticələri yüksək qiymətləndirən nazir müvafiq fəaliyyətin qətiyyətlə davam etdirilməsini tapşıraraq diqqəti qarşıda duran vəzifələrə çəkib, həmin cinayətlərlə mübarizədə vətəndaşların iştirakını, məlumatları əsasında uğurlu nəticələri olan bir çox əməliyyatların keçirildiyini, müşahidə olunan müsbət təmayüllərin məhz günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürü olduğunu, Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloqerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.
Nazir onların, eləcə də yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsin, o cümlədən ictimai fəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və media mənsublarının fəaliyyətini təqdir edərək hər birinə təşəkkürünü bildirib.
Həmçinin ölkədə aparılan antinarkotik təbliğatın əhəmiyyətini qeyd edərək ötən il bu sahədə ərazi polis orqanlarının rəhbərlərinin iştirakı ilə 1200-ə yaxın maarifləndirmə tədbirinin keçirildiyini nəzərə çatdırıb, bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olması, cari ildə də fəaliyyətin ölkədə narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulması ilə bağlı göstərişlər verib, respublikanın təhsil müəssisələrində həyata keçirilən maarifləndirmə və təbliğat tədbirlərində iştirak edən dövlət qurumlarının mütəxəssislərinin, yüksək ixtisaslı pedaqoqların, ictimaiyyətin tanınmış nümayəndələrinin tərkibinin genişləndirilməsini, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməsini tapşırıb.
Qadınlara qarşı zorakılıqla müşayiət olunan cinayətlərin qarşısının alınması, açılması, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün qabaqlayıcı tədbirlərin davam etdirildiyini bildirən nazir qadınların təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində keçdikləri bütün cinayət işləri, o cümlədən materialların mütəmadi təhlil olunduğunu, onları cinayətə təhrik edən amillərin öyrənilib aradan qaldırılması üçün tədbirlərin görüldüyünü, o cümlədən aidiyyəti orqan və təşkilatlara vəsatətlər verildiyini qeyd edib. Zorakı əməllərdən və məişət zəminində baş vermiş cinayətlərdən zərər çəkən qadınların prosessual hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərin nəticəsi olaraq 2024-cü ildə qadınlarla bağlı törədilmiş cinayətlərin ümumi sayında 47 fakt, o cümlədən ailə münaqişəsi zəminli cinayətlərin sayında 1,8 faiz azalma müşahidə olunduğunu vurğulayıb.
Nazir yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini və onların hüquqazidd əməllərinin dinamikasında 18,5 faiz azalmanın qeydə alındığını da bildirərək gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində aparılan işlərin səmərəsinin artırılmasını tələb edib.
Diqqətə çatdırılıb ki, hesabat ilində 6.055, o cümlədən mediada qabaqcadan məlumat verilməklə respublikanın 60 şəhər və rayonundan olan 4.468 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll edilib. Eyni zamanda Nazirliyə daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilib.
Vətəndaş məmnunluğunun təmin olunması, ərizə və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması, qanunçuluğun qorunması kimi mühüm vəzifələrin icrasına da toxunan general-polkovnik Vilayət Eyvazov bu istiqamətlərdə böyük bir fəaliyyət ortaya qoyulduğunu, nəticələrin müsbət olduğunu bildirib. “102” Xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış müraciətlərə də çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 80,3 faizinin ödənildiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini, dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən və fərdi məlumat mübadiləsini təmin edən “E-Polis” mobil tətbiqinin yaradıldığını, “Elektron Xidmətlər Portalı” üzərindən göstərilən 31 adda dövlət xidmətinin mobil tətbiqlərinin hazırlandığını nəzərə çatdırıb.
İclasın gündəliyinə uyğun olaraq hesabat məruzəsi və məruzəətrafı çıxışlar dinlənilib. Məruzə ətrafında çıxış edənlər görülən işlərdən, əldə olunan nəticələrdən, mövcud olan nöqsanlardan, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışıblar.
Kollegiya iclasına yekun vuran nazir bəzi ərazi orqanlarının fəaliyyətində olan çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, bundan sonra da hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlığının etibarlı qorunmasını, əməkdaşların vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına daim riayət etməsini, eyni zamanda qətiyyətli olmasını, qanunçuluğun möhkəmləndirilməsini, peşəkarlıq səviyyəsinin artırılmasını tələb edib, xidməti fəaliyyətin səmərəliliyinin davamlı olaraq artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Həmçinin bildirib ki, ölkədə cinayətkarlıqla mübarizədə, asayişin və təhlükəsizliyin təmini işində əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır, şəxsi heyət suverenliyini tam təmin etmiş Azərbaycanın bütün ərazilərində qanunla müəyyən edilmiş vəzifələrin icrasını davam etdirərək xalqa xidmət funksiyalarını layiqincə və əzmlə həyata keçirməyə çalışır.
Nazir Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya, şəxsi heyətinin fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və əmin edib ki, ölkədə qanunçuluğun, hüquq qaydasının qorunması, vətəndaşların təhlükəsizliyinin və məmnunluğunun təmin olunması sahəsində vəzifələr böyük əzm və qətiyyətlə davam etdiriləcəkdir.

Əvvəlki Yazı

İran panikada: Bakı və İrəvandan zəmanət istəyir

Növbəti Yazı

“Putin hazırdır, Amerikadan siqnal gözləyir”-Peskov

EKSKLUZİV

Azərbaycan C5+ ABŞ formatını C6+ABŞ formatına çevirə bilər…

Azərbaycan C5+ ABŞ formatını C6+ABŞ formatına çevirə bilər…

06 Noyabr 2025 / 12:06
0
Eldar Əzizov irad bildirmişdi, vəzifəsindən azad olundu – EKSKLÜZİV

Eldar Əzizov irad bildirmişdi, vəzifəsindən azad olundu – EKSKLÜZİV

06 Noyabr 2025 / 12:03
0
Ölməzlərin Zirvəsi

Ölməzlərin Zirvəsi

06 Noyabr 2025 / 12:00
3
ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 2025 / 11:53
12

XƏBƏR LENTİ

Azərbaycan C5+ ABŞ formatını C6+ABŞ formatına çevirə bilər…

Eldar Əzizov irad bildirmişdi, vəzifəsindən azad olundu – EKSKLÜZİV

Ölməzlərin Zirvəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

Ermənilər gəlir – İrəvandan anons, Bakıda hazırlıq

Xankəndidə hərbçilərin Zəfər yürüşü keçirilir

“Qarabağ” – “Çelsi” oyunu: Milyard dolların qarşısında döyüşkən ruhun qiyməti…

Qazaxda Zəfər Günününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevlə nə bağlayır?!-İDDİA

30 il sonra ilk: buğda vaqonları Azərbaycan üzərindən İrəvana gedir

Tanınmış vəkil Kəmaləddin Heydərovun yalanın ifşa etdi: “Villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib”

“LUKOİL”in XARİCDƏKİ ŞİRKƏTLƏRİ İFLİC OLUB – “Heç kim onlarla əməliyyat apara bilməz”

Sabunçu dəmir yolu stansiyasının keçidi ticarət obyektlərinə çevrilib

Doğuş və dəfn üçün ayrılan vəsait ARTIRILIR

Azərbaycanda araq BAHALAŞACAQ

Ramiz Mehdiyev və onun “köhnə qvardiyası”: Kölgədə daha kimlər var?

Milyardlarln batdığı rayonlar: Korrupsiyalaşmış icra hakimiyyəti sistemi dəyişməzsə…

Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevə villa bağışlamasından danışdı: “mən buna əhəmiyyət vermirəm”

AzTV sədrinin oliqarxlaşma hekayəsi: Gənclər Şəhərciyində birotaqlı evdə yaşayırmış

34 yaşlı müsəlman sosialist Nyu-Yorkun meri oldu – Mamdani Trampa meydan oxuyur

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

İcra Hakimiyyətinin sektor müdirinin böyük obyekti üzə çıxdı – Bakının mərkəzində + SƏNƏDLƏR

ŞABALID GENERALA BAHA BAŞA GƏLDİ… – Lüks maşınları da əlindən çıxdı + FOTO

GƏLƏN İL PENSİYALAR ARTIRILACAQ – Rəqəmlər AÇIQLANDI

Moskvanın taleyini ABŞ və Çin həll edəcək

Gələn il manatın məzənnəsi necə olacaq?

Nyu-Yorkun yeni mer namizədindən Trampa SƏRT MÜRACİƏT

İcra başçıları ciddi nəzarətdə

ABŞ hava məkanında görünməmiş böhran: Hökumət şatdauna girdi, hər şey alt-üst oldu

Bu gün Bakı metrosunda iş saatı uzadılacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.