Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Elektron siqaret çəkənlərə xəbərdarlıq

Fevral 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət edib.

Cumhuriyyet.az xəbər verir ki, müraciətdə son illərdə elektron siqaretlərin (veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyi qeyd olunub.

Bildirilib ki, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb.

Məlumata görə, rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadı effekti, marketinq strategiyaları və sosial mediada geniş reklam olunması elektron siqaretləri gənclər üçün cazibədar hala gətirir:

“Bu məhsulların əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən insanlar olsa da, son illərin statistikaları göstərir ki, veypdən istifadə daha çox əvvəllər siqaret çəkməyən şəxslər, xüsusən yeniyetmələr və gənclər arasında sürətlə yayılmağa başlayıb.

Veyplərin sağlamlıq üçün riskləri barədə araşdırmalar artdıqca, onların heç də zərərsiz olmadığı, əksinə, müəyyən hallarda ənənəvi tütün məhsulları qədər, hətta daha təhlükəli ola biləcəyi ortaya çıxdı. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər mövcuddur. Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür, lakin bu, yanıldıcı təsəvvürdür. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib.

Elektron siqaretlərin istifadəsi zamanı havaya buraxılan buxar yalnız istifadəçi üçün deyil, ətrafdakı insanlar üçün də təhlükə yaradır. Passiv veyp istifadəsi nəticəsində ətrafda olan şəxslər də nikotin və digər kimyəvi maddələri inhalyasiya edirlər. Bu isə xüsusilə uşaqlar, hamilə qadınlar və tənəffüs xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır.

Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və dumanının xoş qoxuya malik olması onların qapalı məkanlarda istifadəsini daha da artırır. Əgər siqaretin tüstüsü və qoxusu qadağan olunmuş məkanlarda dərhal hiss edilirsə, veyp aerozolları daha az nəzərə çarpır. Bu səbəbdən bəzi istifadəçilər veypləri nəqliyyatda, restoranlarda və digər ictimai yerlərdə rahatlıqla istifadə edirlər. Bu isə cəmiyyət üçün daha geniş sağlamlıq problemi yaradır və bu cihazların diqqətdə saxlanılmasının vacibliyini ön plana çıxarır”.

Əvvəlki Yazı

Szinpin Putinin dəvətini qəbul etdi

Növbəti Yazı

17 min nəfər sertifikasiyaya cəlb ediləcək – Rəsmi

EKSKLUZİV

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

16 Dekabr 2025 / 19:37
8
Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

16 Dekabr 2025 / 18:24
0
Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

16 Dekabr 2025 / 17:53
2
Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

16 Dekabr 2025 / 16:53
0

XƏBƏR LENTİ

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Amnistiya bu şəxslərə şamil olunacaq

Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Dünya bu xəbərlə ÇALXALANIR – Rusiya ilə Türkiyə üz-üzə

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

Moskvadan “Tramp marşrutu” ilə bağlı AÇIQLAMA: “Rusiyasız mümkün deyil”

İnzibati məsuliyyətlə bağlı qanunvericilik dəyişir

“Kupça”sız evlər problemi parlamentin GÜNDƏMİNDƏ

Dövlət qulluğu ilə bağlı qanuna MÜHÜM DƏYİŞİKLİKLƏR

Azərbaycanın axtarışa verdiyi Abbas Abbasov kimdir: Rusiya Abbas Abbasovu Azərbaycana verəcəkmi?

Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

Ən çox generalı olan nazir – Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Sən demə təhsilin əsas problemi “müəllim” sözünün səhv yazılışında imiş… – BƏS NƏTİCƏ?

Ukrayna Rusiyanın yarım milyardlıq gəmisini vurdu – VİDEO

TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi

General Eyyubov tutduğu vəzifədən azad edildi

Mehdiyevlərin bankı “vuruldu” – ən çox şikayət ondan imiş

Bu universitetlər bölgələrə köçürülə bilər

Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi böyüyür

Paşinyan üçün seçkidə ən qorxulu ssenari

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.