ABŞ-ın nadir torpaq metallarına ehtiyacı var, Rusiya məqam gələndə əməkdaşlığa açıq olacaq.
Cumhuriyyet.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya və ABŞ etimadı bərpa etmək üçün uzun yol qət etməlidir. Moskva və Vaşinqton hələ də qarşılıqlı maraq doğuran məsələlər üzrə sazişlərin bağlanmasını müzakirə etmir”, – o bildirib.
Peskov qeyd edib ki, ABŞ hazırda Ukrayna ilə bağlı balanslaşdırılmış mövqe nümayiş etdirir ki, bu da münaqişənin həlli üçün real istəkdən xəbər verir:
“Brüsseldən verilən açıqlamalar onu deməyə əsas verir ki, AB Ukrayna məsələsində balanslaşdırılmış yanaşmadan uzaqdır, Kreml ABŞ-la təmaslardan sonra bunun dəyişəcəyinə ümid edir”.