Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1,2 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 9,1% artım deməkdir.
Energetika Nazirliyindən Cumhuriyyet.az-a verilən məlumata görə, 2024-cü ilin yanvar-fevral aylarında isə Azərbaycanda 1,1 mln. ton neft emal edilib.
Xatırladaq ki, ötən il Azərbaycanda 5,8 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 10,8% azdır.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.