İsrail qırıcıları Livanın cənubunda Hizbullah hərbi obyektlərinə hücum edib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Əl Cədid” telekanalı məlumat yayıb.
Məlumata görə, Ayt-əş-Şaab, Arnun, Zautar və Kfar-Tibnit yaşayış məntəqləri zərbələrə məruz qalıb.
Dağıntılar altında qalanların olduğu bildirilir.
***
İsrail qırıcıları Livanın paytaxtı Beyrutun Dahiya rayonunda Hizbullah PUA-larının saxlanıldığı anbara zərbə endirib.
Bu barədə İsrail ordusundan məlumat verilib.