Ədalət Partiyasının qurultayı keçiriləcək.
Bu barədə Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib.
Mütəllim Rəhimli deyib ki, yaxın günlərdə Ədalət Partiyasının qurultayı ilə bağlı partiya rəhbərliyi toplaşaraq qərar verəcək: “Yeni sədrimizi qurultay seçəcək”.
Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.(apa)