Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Metropoliten “28 May”la bağlı bütün suallara aydınlıq gətirdi

Aprel 11, 2025
A A

REDAKTORUN SEÇİMİ

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir?  – VİDEO+FOTO FAKT

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34
Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52
Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

20 İyun 25 / 16:00

Bakı Metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

“Hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: qırmızı, yaşıl və bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt tam müstəqil rejimdə çalışır. Qırmızı və yaşıl xətlər isə “28 May” stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər. Bunun nəticəsində qırmızı və yaşıl xətt üzrə hərəkət edən qatarlar yalnız növbəli şəkildə – ən yaxşı halda 4 dəqiqəlik intervalla – platformaya daxil ola bilir. Onların birgə istifadə etdiyi hissədə isə interval 2 dəqiqəyədək azalır. Bu vəziyyət, xüsusilə 4 dəqiqəlik intervalda işləyən stansiyalarda platformalarda sıxlığın artmasına və gözləmə müddətlərinin uzanmasına səbəb olur.

Mövcud şəraitdə problemin əsaslı və uzunmüddətli həlli – yaşıl və qırmızı xətlərin bir-birindən tam şəkildə ayrılması və hər birinin müstəqil fəaliyyət rejiminə keçməsidir.

Bu məqsədlə ilk olaraq “Dərnəgül” elektrik deposunun tikintisinə start verilib. Bu depo yaşıl xəttin müstəqil texniki təminatını, digər xətlərdən tam ayrılaraq müstəqil fəaliyyət göstərməsini və qatarların gecələməsini təmin edəcək.

Depo tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra növbəti əsas mərhələyə – “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunacaq, əlavə 200 metrlik yeni tunel tikilərək “Nizami” stansiyasını birbaşa “Cəfər Cabbarlı” stansiyası ilə birləşdirəcək. Bununla da yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq.

Birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır. İşlərin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılması üçün bütün texniki resurslar səfərbər ediləcək.

Bundan başqa, layihə çərçivəsində bu işlərə paralel şəkildə sərnişinlərin rahat keçidi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək əlavə keçid tunelinin tikintisi də planlaşdırılır.

Xətlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin tikintisinə 2025-ci ilin sonunda başlanması nəzərdə tutulub. Məhz bu tarixdən etibarən sərnişinlərin səfərlərində müəyyən dəyişikliklər baş verəcəkdir. Tikinti müddətində “Nizami” stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq və bu səbəbdən:

– “Dərnəgül” istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar;

– “Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər isə “28 May” stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.

“İçərişəhər–28 May–Həzi Aslanov” xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi planlaşdırılır.

Sərnişinlərin minimum narahatlıqla bu dövrü keçməsi üçün Bakı Metropoliteni və aidiyyəti dövlət qurumları birgə fəaliyyət göstərəcək. Hazırda ekspress avtobus marşrutlarının təşkili istiqamətində hazırlıq işləri aparılır və bu barədə ictimaiyyətə vaxtında məlumat veriləcək.

Əlbəttə ki, bu keçid dövrü sərnişinlər üçün müəyyən dərəcədə narahatlıq yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, bu, gələcəkdə daha sürətli, daha sıx qrafiklə və rahat şəkildə hərəkət edən metro xətlərinə keçid üçün zəruri mərhələdir.

Görüləcək işlərin nəticəsində platformalarda sərnişin sıxlığı azalacaq və gözləmə müddəti qısalacaq. Bildiyiniz kimi, bu gün “28 May” stansiyasında həm “İçərişəhər”, həm də “Dərnəgül” istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur.

Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da “28 May” stansiyasından yalnız “İçərişəhər” və “Həzi Aslanov” istiqamətinə, “Cəfər Cabbarlı” stansiyasından isə yalnız “Dərnəgül” və “Xətai” istiqamətinə gedən qatarlara minik mümkün olacaqdır.

Əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə yerləşmirsə, o zaman “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında keçid edərək digər xətdə səfərini rahatlıqla davam etdirə bilər. Bu, qatarlara minik prosesini daha rahat və dinamik edərək platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcəkdir.

Bununla yanaşı, xətlərin ayrılması sayəsində qatarlararası interval da mərhələli şəkildə azalacaqdır. Eyni zamanda, bu addımlar metronun illik sərnişin daşıma qabiliyyətini 16 milyon nəfərədək artıraraq şəhərin yerüstü nəqliyyat yükünün azaldılmasına və dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.

Bakı Metropoliteni bu mühüm mərhələnin mümkün qədər operativ şəkildə həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edir, sərgilənəcək anlayışa görə sərnişinlərə və ictimaiyyətə təşəkkürünü bildirir”, – məlumatda vurğulanıb.

Əvvəlki Yazı

Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə

Növbəti Yazı

İki ölkə Ukraynaya 580 milyonluq yardım göndərir

EKSKLUZİV

15 İyul 2025 / 18:45
0
Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib

15 İyul 2025 / 14:44
0
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

15 İyul 2025 / 14:06
0
Rəsmi Tehran: İran hərbi büdcəsini artıra bilər

Rəsmi Tehran: İran hərbi büdcəsini artıra bilər

15 İyul 2025 / 13:13
0

XƏBƏR LENTİ

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib

Sabah hava necə olacaq?

Rəsmi Tehran: İran hərbi büdcəsini artıra bilər

Pezeşkian xaricdəki iranlılara müraciət etdi

Çin Trampın Rusiyaya təhdidini qınayıb

Yol polisi hava ilə bağlı sürücülərə müraciət edib

Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Tələbələrin köçürülməsi başlayıb

Torpaq sahələri ilə bağlı vacib YENİLİK

Rus bölməsinin abituriyentləri bu “mübarizədə” geri qalır

Son üç gündə 4 nəfəri gün vurdu

Nəsimi Rayon İcra Hakimiyyətindən şok addım: Sahibkarın 750 min manatlıq əmlakı “dəfn edildi”

Azərbaycanda taksi istifadəçilərinin sayı azalıb

Şahidlər Xocalı soyqırımı ilə bağlı dəhşətli faktları sadaladı

Aİ Bakı və İrəvanın tezliklə sülh müqaviləsi imzalayacağına ümid edir

Metrodan istifadə edənlərin sayı azalıb

DİM sədri: Bəzi ixtisaslar ləğv olunacaq

Milli Məclis tətilə buraxılıb

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

FHN “Alov Qüllələri, Fairmont Baku Hotel”də təlim keçirəcək

Sabahın hava proqnozu açıqlanıb

Taksi sürücülərinə yeni tələb

Şiddətli istilər təhlükəlidir: Nə etməli?

Azərbaycanda ət bahalaşdı – VİDEO

DTX bu dəstəni ifşa etdi: İnsanları necə aldadırmışlar…

“Çelsi” unikal rekorda imza atdı

Cahid Şahbazova cinayət işi açıldı

Spiker: Heydər Əliyevin hakimiyyətə gəlməsinin ildönümüdür, tarixi missiyanı İlham Əliyev davam etdirir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.