Kristiano Ronaldo Portuqaliya millisinin heyətinə cəlb olunub.
Cumhuriyyet.az xəbər verir ki, baş məşqçi Roberto Martines 40 yaşlı futbolçuya UEFA Millətlər Liqasının yarımfinal mərhələsi üçün dəvət göndərib.Karyerasını “Əl-Nəsr”də davam etdirən forvard yarımfinal qarşılaşmasında Almaniyaya qarşı forma geyinə bilər.
Qeyd edək ki, 2003-cü ildən Portuqaliya millisində forma geyinən Ronaldo indiyədək 219 matçda 136 qol vurub.