Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Millət vəkili Səməd Seyidov və icra başçısı Rəcəb Babaşov səhiyyə işçiləri ilə görüşüb

İyun 4, 2025
A A

REDAKTORUN SEÇİMİ

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

28 Oktyabr 25 / 12:10
Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

27 Oktyabr 25 / 13:06
Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

Ramiz Mehdiyevə yaxın icra başçıları – Qaraşov da siyahıda…

21 Oktyabr 25 / 10:57
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52

İyunun 3-də 109 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qarşıdan gələn Qurban bayramı ərəfəsində Qazax Rayon Mərkəzi Xəstəxanasında çalışan səhiyyə işçiləri, şöbə müdirləri və həkimlərlə görüşüblər.

Millət vəkili və rayon rəhbərliyi əvvəlcə xəstəxanada fəaliyyət göstərən, eləcə də yeni yaradılmış şöbələrdə olub, vətəndaşlara səhiyyə sahəsində göstərilən xidmətlərlə, yeniliklərlə maraqlanıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov səhiyyə işçilərini qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Səhiyyə işçiləri ilə görüşən icra başçısı hər zaman olduğu kimi, bugünkü görüşün təməlində də ölkə Prezidentinin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını bildirib. Rayon rəhbəri mənfur düşmənlə 168 km sərhəddə yerləşən Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə qazaxlıların, xüsusilə də səhiyyə sahəsində çalışan insanların ölkə başçısı İlham Əliyevə bu gün də minnətdarlıq etdiklərini söyləyib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən, əhalinin vaksinasiyası sahəsində görülən işlərdən söz açan icra başçısı bu işdə, əhalinin peyvəndlənməsi sahəsində uğurun əldə olunmasında həkimlərin, tibb işçilərinin böyük əməyi olduğunu vurğulayıb. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində, xüsusilə də əhalinin vaksinasiya olunmasında gördükləri işlərin danılmaz olduğunu söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışan icra başçısı bizlərə şanlı qələbəni bəxş edən qəhrəman oğullarımızı unutmadığımızı, onlarla hər zaman fəxr edib, qürur duyduğumuzu bildirib. 44 günlük savaşda əldə etdiyimiz Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. İcra başçısı istər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirib. Həkimlərimizin həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini vurğulayıb. “Səhiyyə sahəsi xidmət sahələri arasında öncül yerdə dayanır”, – deyən icra başçısı bu sahənin istər nizam-intizamda, istər səliqə-sahmanda, istər vətəndaşlara göstərilən səhiyyə xidmətində, istərsə də diqqət və qayğıda hər zaman nümunə olduğunu bildirib. Yüksək şəraiti olan xəstəxanada vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməli olduğunu diqqətə çatdırıb. Rayonda səhiyyə sahəsinin inkişaf etməsi, vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün Qazax Rayon Mərkəzi Xəstəxanasında hər cür şərait yaradıldığını qeyd edib. Sağlamlığımızın keşiyində dayanan tibb işçilərinə bundan sonra da böyük səylə çalışmalarını bildirən rayon rəhbəri onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Millət vəkili Səməd Seyidov çıxış edərək səhiyyə işçilərini salamlayıb, qarşıdan gələn Qurban bayramı münasibətilə səmimi ürək sözlərini səsləndirib. Millət vəkili pandemiya və müharibə dövründə göstərdikləri fədakarlıqlara görə səhiyyə işçilərinə təşəkkür edib. Millət vəkili ölkəmizdə səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya qazaxlı ziyalılar adından minnətdarlığını bildirib. Millət vəkili bölgələrimizdə səhiyyə sahəsinə göstərilən qayğının bariz nümunəsi olaraq yüksək səviyyədə inşa olunmuş, müasir standartlara cavab verən, daim yeniliklərlə vətəndaşların xidmətində, sağlamlığının keşiyində dayanan Qazax Rayon Mərkəzi Xəstəxanasını qeyd edib. Millət vəkili bildirib ki, bu gün Qazax Rayon Mərkəzi Xəstəxanasına gün ərzində iki mindən çox insanın müraciət etməsi burada olan şəffaflıqdan, həkimlərin peşəkarlığından, tibbi biliklərinin yüksək səviyyədə olmasından, vətəndaşlara göstərilən səmimi münasibətdən xəbər verir. “Siz öz fəaliyyətinizlə regionda Qazax səhiyyəsinin adını təmsil edirsiniz. Ətraf bölgələrdən bura üz tutan insanlar yaxşı bilirlər ki, bu xəstəxanada dərdlərinə əlac tapacaqlar. Sizlərin pandemiya dövründə, eləcə də 44 günlük Vətən müharibəsi zamanı etdikləriniz danılmazdır”, – deyən millət vəkili buna görə ziyalılar adından tibb işçilərinə təşəkkünü çatdırıb. Millət vəkili, eyni zamanda bir ziyalı olaraq hər zaman dəstək olmağa hazır olduğunu söyləyib.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov səhiyyə işçiləri ilə olan bugünkü görüşə görə millət vəkilinə və rayon rəhbərliyinə razılığını ifadə edib. A.Fərruxov səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə xəstəxananın kollektivi adından təşəkkür edib. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü görüşü onlara olan qayğının daha bir bariz nümunəsi kimi qiymətləndirib. Bu gün vətəndaşların xidmətində durmaları üçün yüksək səviyyəli xəstəxanada yaradılan şəraitə görə dövlətimizə, ölkə başçısına minnətdar olduqlarını qeyd edib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib. A.Fərruxov gələcəkdə qarşıda duran vəzifələr və görülməsi nəzərdə tutulan işlər, xəstəxanada olacaq yeniliklər, yaradılan yeni sistem, yeni avadanlıqların gətirilməsi, xəstəxanaya gənc kadrların, həkimlərin cəlb olunması istiqamətində görüləcək işlər, əhaliyə göstərilən tibbi xidmətlər və bir sıra məsələlər barədə fikirlərini bölüşüb.

Görüşdə səhiyyə sahəsində uzun illər səmərəli fəaliyyətlərinə və əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirdiklərinə görə “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə həkim-oftalmoloq, poliklinika şöbəsinin müdiri İsmayılova Raqiya Kərəm qızına, həkim-kardioloq Qəhrəmanova Samirə Vidadi qızına, həkim-kardioloq Aşurova Ayna Mədəd qızına, baş tibb bacısı Qocayeva Kəmalə Səfər qızına Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.

Fəxri Fərmanla təltif olunmuş səhiyyə işçiləri onlara göstərilən qayğıya, fəaliyyətlərinə verilən qiymətə görə rayon rəhbərliyinə razılıqlarını ifadə edib, onlara olan etimadı bundan sonra da əməli işləri ilə doğruldacaqlarını söyləyiblər.

Əvvəlki Yazı

Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?

Növbəti Yazı

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

EKSKLUZİV

Qanunsuz tiklilərin sənədləşdirilməsi… – Kəmaləddin Heydərovun Dövlət Xidmətindəki vəziyyətdən xəbəri yoxdur ki…

Qanunsuz tiklilərin sənədləşdirilməsi… – Kəmaləddin Heydərovun Dövlət Xidmətindəki vəziyyətdən xəbəri yoxdur ki…

28 Oktyabr 2025 / 12:30
1
“Açar cümlə budur” – İsa Qəmbərdən Ramiz Mehdiyevin məxfi məktubuna reaksiya

“Açar cümlə budur” – İsa Qəmbərdən Ramiz Mehdiyevin məxfi məktubuna reaksiya

28 Oktyabr 2025 / 12:29
1
Azərbaycanda seysmik vəziyyət necədir?

Azərbaycanda seysmik vəziyyət necədir?

28 Oktyabr 2025 / 12:26
0
İşdən qovulan generalla bağlı daha bir ŞOK : Ramiz Mehdiyevlə…

İşdən qovulan generalla bağlı daha bir ŞOK : Ramiz Mehdiyevlə…

28 Oktyabr 2025 / 12:24
1

XƏBƏR LENTİ

Qanunsuz tiklilərin sənədləşdirilməsi… – Kəmaləddin Heydərovun Dövlət Xidmətindəki vəziyyətdən xəbəri yoxdur ki…

“Açar cümlə budur” – İsa Qəmbərdən Ramiz Mehdiyevin məxfi məktubuna reaksiya

Azərbaycanda seysmik vəziyyət necədir?

İşdən qovulan generalla bağlı daha bir ŞOK : Ramiz Mehdiyevlə…

“Kontakt Home” milyonlarla manat borca düşdü – FOTO

Parlamentin Ağamalı-Nəsirov fiaskosu

Eldar Mahmudov çətəsinin Beynəlxalq Bank talanında Ramiz Mehdiyev izi…

Naxşıvanda yanacaq monopoliyası

Bakı Ermənistana daha bir qapı açır – mühüm anlaşma

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

Məşhur seysmoloq: “100 kilometrlik səth yırtılıb”

Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını imzaladı

Ramiz Mehdiyev milyonluq əmlakları kimlərin köməyi ilə ələ keçirib?

Muxtar Babayev açıqladı: Xəzərdə su buna görə azalır (VİDEO)

Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi

Agentlik işçiləri ilə dava: “Rüşvət istəyirlər, ya pul verməlisən, ya da…” – VİDEO

“Övladları üzərindən alver aparanlar var” – Tağı İbrahimov

Səfər Mehdiyevdən Kəmaləddin Heydərova qarşı şok əməl

Kənd təsərrüfatında YOXLAMALAR: Rəqəmlər şişirdilib

Heyvan bazarları bağlandı – Ət qıtlığı olacaq?

Paytaxtda söküntü: Hansı ərazilər plana düşüb?

81,5 milyonluq dələduzluq: 30 nəfər məsuliyyətə cəlb olundu

Azərbaycanda repititorluq fəaliyyəti ləğv edilir? – Təhsildə Avropa təcrübəsi

Dabaq xəstəliyi nazirliyin gətirdiyi heyvanlardan yayılıb: AQTA-nın arayışı gizlədib

Tramp Putinə Azərbaycandan danışıbmış: Dialoqunun təfərrüatı açıqlandı

Paşinyan Azərbaycana bu marşrutu təklif etdi

“Ramiz Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl” – İstintaqa dosye təqdim olundu

Bərdəyə raket hücumundan beş il keçir – dinc sakinlərin qətli unudulmur

Zakir Fərəcov dövlət torpaqlarını Ramiz Mehdiyevə ərməğan edib?

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May   İyl »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.