Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“Sahil S-İnşaat” işi niyə çözülmür – arxasındakı “sehirli əllər” üzə çıxır

İyun 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31

Azərbaycanda nə səs-küylü “MTN işi”, nə dəhşətli “Tərtər işi”, nə digər qalmaqallı proseslərin yekunlaşması bu qədər acı bağırsaq kimi uzanmayıb. Hətta qanqster Hacı Məmmədovun cinayət işinin məhkəmə istintaqı da o dərəcədə uzun, zəhlətökən olmamışdı. Lakin nə hikmətdirsə, nə sirri-xudadırsa, Bakıda 165 ailənin başıbəlalı mənzil işi – “Sahil – S İnşaat” şirkətinin məsələsi düyünə düşüb, çözülmək bilmir.
Anxeber.com qısa arayış verərək xatırladır ki, Bakının Yeni Günəşli ərazisində “Sahil S – İnşaat” şirkəti bina tikməyə başlayıb.
“Sahil-S İnşaat” MTK 28 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Alaverdiyevi Taley Şamil oğludur. Hazırda həbsdədir. Daha dəqiq desək, hansısa vasitələrlə müalicə müəsissəsindədir. O, dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. Onunla birlikdə şəriki Pənah Kərimov da həbs edilmişdi. O Kərimov ki, ortaqlığa gələnə qədər binada dələduzluq faktı yox idi. Elə ki Kərimov Alaverdiyevə şərik oldu, 2021-ci ildən binada bir mənzil bir neçə adama saxta sənədlə satıldı.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə “Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Taley Şamil oğlu Alaverdiyevin GG Company MMC-nin direktoru Pənah Sudeib oğlu Kərimov ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Anxeber.com bildirir ki, ötən ilin dekabrında
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Rzayev “Sahil – S İnşaat” şirkətinin rəhbərinin şəriki, dələduzluq ittihamı ilə həbs edilmiş Pənah Kərimovu ev dustaqlığına buraxıb. Halbuki iş hakim Əli Məmmədovun icraatında olanda P. Kərimovun ev dustaqlığına buraxılması barədə vəsatətləri təmin edilməmişdi. Lakin hakim E.Nuriyev onu törətdiyi ağır cinayətə baxmayaraq, evə buraxıb.

Anxeber.com-un əldə etdiyi məlumata görə, indi də Taley Alaverdiyevin ev dustaqlığına buraxılması üçün hərəkətlilik müşahidə olunur. Hazırda müalicə müəssisəsində olan, hansı pullarla orada qalan Alaverdiyevin ev dustaqlığına buraxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsindən ona mesajlar ötürülür. Dələduzluq maddəsi ilə tutulmuş, mənimsədiyi pullarla müalicə müəssəsində kef çəkən Alaverdiyevin evə buraxılması üçün şərt irəli sürülüb: sakinlərdən imza toplanması və məhkəmədən xahiş edilməsi kifayətdir ki, nəzərə alınsın. Beləcə hansısa “sirli əllər”, gözəgörünməz qüvvələr bu prosesi zaman keçdikcə dələduzların xeyrinə həll etməyə çalışırlar.
Halbuki Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin istintaqı dövründə zərər çəkən sakinlərin probleminin 90 faizi həllini tapmışdı.
Sakinlər bu gün də razı və minnətdardırlar ki, prokurorluq həm istintaqı obyektiv aparıb, həm saxta imza ilə satılan mənzillərlə bağlı problemin 90 faizini yoluna qoyub. Eyni zamanda, bu dəstək sayəsində binanın qaz, işıq və digər məsələləri həllini tapıb.
Ancaq elə ki işin istintaqı yekunlaşdı və materiallar prokurorluqdan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi, o vaxtdan zərər çəkənlərin çətin günləri başlandı. Çünki Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi saxta imza ilə bir neçə nəfərə satılmış eyni mənzillər məsələsini ədalətli şəkildə nizamlamış, həllinə nail olmuşdu. Təxminən 40-dən çox belə mənzil var idi. Lakin iş məhkəməyə göndəriləndə 5-6 belə mənzilin problemi qalmışdı. Artıq üç il keçir və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri 5-6 mənzilin işini həll etmir. Necə olur ki, prokurorluq qısa zamanda xeyli sayda zərər çəkənin probleminə son qoyub, amma 3 ildir məhkəmə bir işi həll etmir. Sakinlər bu məsələnin arxasında hansı maraqların dayandığını bilmirlər. Ancaq məlum olan budur ki, “Sahil S-İnşaat” mənzillərinə Çıxarış əldə etmək mümkün olmur.
Buna bir səbəb həm möhür-ştampın hələ də dələduz Taley Alaverdiyevin səlahiyyətində olmasındadırsa, digər əngəl məhkəmənin sözügedən mənzillərin məsələsini həll etməməsindədir. Əksinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tale Alaverdiyevin azadlığa çıxması üçün canfəşanlıq edir, çıxış yolu kimi imza toplanmasını göstərir. Hərçənd hakim həmin həllini tapmayan mənzillərin məsələsini ilk növbədə yoluna qoymalıdır. Çünki işin 3 ildir uzadılması Çıxarış (kupça) almağa imkan vermir.
Bəs kimdir bu güclər və dövlətin hökmlərinə qarşı gedənlər? Sakinlər ümidlidirlər ki, bu çağırışlar eşidiləcək. Onlar Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Əliyeva, PA rəhbəri Samir Nuriyev, Ali Məhkəmə sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədovdan kömək gözləyir, 165 ailənin səsinə səs veriləcəyinə ümid edir: “Bizi, yəni 165 ailəni aldatmış, cinayətə yol vermiş hər iki şəxs – Taley Alaverdiyev və Pənah Kərimov cəzalarını almalıdırlar. Bunun üçün dövlət orqanlarından kömək gözləyirik. Habelə Bakı Ağır Cinayətlər Məhkəməsi prosesi başa çatdırmalıdır ki, həm yerdə qalan mənzillər məsələsi həllini tapsın, həm sakinlərə Çıxarış verilsin. Hazırda bu iki problemin həllini gözləyirik, nəinki hakimin imza toplatdırıb şirkət sahibini də evə buraxmasını. Onsuz da Taley də, Pənah da saxlandığı vaxtdan istintaq təcridxanasının üzünü görməyiblər, dələduzluqla mənimsədikləri pullar hesabına müalicə müəssisəsinə köçürülüblər, həbs həyatını kurort kimi yaşayıblar. Artıq Pənah  ürək əməliyyatı adı ilə evə çıxıb, heç əməliyyat da olmayıb, indi də Taley üçün ssenari hazırlanır. Ona görə də dövlətimizdən dəstək gözləyirik”. 

Anxeber.com

Əvvəlki Yazı

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

Növbəti Yazı

Əli Əsgərov Arpaçay İdman Birliyinin prezidenti seçilib

EKSKLUZİV

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

12 Dekabr 2025 / 16:37
2
Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

12 Dekabr 2025 / 12:29
2
Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

12 Dekabr 2025 / 12:21
5
Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
4

XƏBƏR LENTİ

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May   İyl »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.