Bakıda mühafizəçi iş yerində dünyasını dəyişib.
Cumhuriyyet.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu G.Mehmandarov küçəsində yerləşən uşaq bağçasında baş verib.
Bağçada mühafizəçi işləyən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rəhim Aşumovun meyiti obyektin həyətində aşkarlanıb.
İlkin ehtimala görə, mühafizəçi infarktdan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.