ABŞ Dövlət katibi Marko Rubio Rusiya vətəndaşlarını 12 İyun – Rusiya Günü münasibətilə təbrik edib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Rubio Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün Moskva ilə konstruktiv əməkdaşlıq etmək istəyini də bəyan edib:
“Amerika xalqı adından rusları Rusiya Günü münasibətilə təbrik etmək istərdim. ABŞ daha parlaq gələcək üçün istəklərini həyata keçirməyə davam edən rusları dəstəkləməyə sadiqdir. Biz də bu fürsətdən istifadə edərək, ABŞ-ın Rusiya və Ukrayna arasında davamlı sülhü təmin etmək üçün Moskva ilə konstruktiv əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyirik. Ümid edirik ki, sülh ölkələrimiz arasında qarşılıqlı faydalı münasibətlərin möhkəmlənməsinə töhfə verəcəkdir”.