Ermənistan Xarici İşlər Nazirliyi Brüsseldə yeni bina alıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə nazirliyin baş katibi David Karapetyan sosial şəbəkədə məlumat verib.
Qeyd olunub ki, səfirlik Brüsselin mərkəzində, elit Leopold rayonunda, Rüd Arlon küçəsində yerləşir . 1866-1870-ci illərdə tikilmiş bina Belçika Sahibkarlar Birliyinə məxsus olub. Bina Avropa Komissiyasının, Avropa Parlamentinin və digər beynəlxalq qurumların qərargahlarına yaxın yerdədir. Həmin ərazidə digər xarici səfirliklər də var. Bina 4,3 milyon avroya satın alınıb.