Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Həsən Mirzəyev – Qərbi Azərbaycan həqiqətlərinin ən böyük ədəbi təbliğatçısı!

İyun 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

Eldar Mahmudov-Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?

Eldar Mahmudov-Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?

19 İyun 25 / 11:23
Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00
Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

21 May 25 / 10:58
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00

Tarixi torpaqlarımızın bir hissəsi olan Qərbi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdiyi  zorakılıqların, soyqırım və qətliyamlarların ifşası, ata-baba yurdundan didərgin salınan soydaşlarımızın öz doğma yurdlaırna qayıdışı hər zaman aktual məsələlərdən biri olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərdən sonra Qərbi Azərbaycana qayıdış ideyasının reallaşması üçün daha əlverişli situasiya formalaşıb ki, bu da tarixi ədalətin bərpasına olan ümidləri artırmaqdadır. Bunun üçün Qərbi Azərbaycanın xalqımıza məxsusluğu, minlərlə soydaşımızın bu torpaqlardan zorla köçürülməsi və didərgin salınması, buradakı toponim və maddi-mədəniyyət nümunələrimizin məqsədli şəkildə erməniləşdirilməsi ilə faktların beynəlxalq miqyasda təbliği son dərəcə zəruridir. Azərbaycan xalqının böyük oğlu, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, dilçi-türkoloq, professor Həsən Mirzəyevin yaradıcılığı, onun Qərbi Azərbaycanla bağlı yazdığı əsərlər, elmi-ədəbi məqalələr zəngin ədəbi-tarixi mənbə kimi Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından olduqca qiymətlidir.

Yurd həsrətini nəğməyə çevirən, vətən dərdini şəxsi taleyi kimi yaşayan alim

Xatırladaq ki, Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.

Əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayan Həsən Mirzəyev 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru vəzifəsində işləyib. 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada təhsil alıb və bütün ömrünü həmişəlik bu instituta bağlayıb.

1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edən, 1990-cı ildə isə professor elmi adını alan Həsən Mirzəyev 200-dən çox elmi əsərin, 25 kitabı və 10-a yaxın dərs vəsaitinin müəllifidir. Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib. Həsən Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeninə, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb, 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib.

Həsən Mirzəyevin Qərbi Azərbaycanla bağlı yazdığı ədəbi əsərlərin əhəmiyyətini artıran, onları sadəcə keçmişimiz deyil, həm də bugünümüz və gələcəyimiz baxımından aktual edən ən mühüm amil bu əsərlərin hədsiz çoxluğu deyil. Həm də bu əsərlərdə erməni vəhşiliyinin, vətən yanğısının, torpaq sevgisinin, bu torpaqlara qayıdışa olan ümidin təbii, axıcı bir dil, böyük bir ustalıqla əks olunması,  forma və mahiyyətcə hədsiz dolğunluğudur. Bu mənada Həsən Mirzəyevin “Dərələyəz” şeri xüsusi önəm kəsb edir. Şeirdə görkəmli filoloq “Dərələyəz”in tarixi Azərbaycan torpağı olduğunu vurğulamaqla yanaşı, həm də bu yurdun ermənilər tərəfindən işğalına toxunur, bundan duyduğu acını dilə gətirir:

“Ey ana torpağım, ey can diyarım,

Hanı o səndəki el, Dərələyəz?!

Ey cənnət məkanım, ey dağ vüqarım,

Pərən-pərən olub el, Dərələyəz!

Yaram göz-göz olub bil, Dərələyəz!

Düşmən əlindəsən gələ bilmirəm,

Axan göz yaşını silə bilmirəm,

Dərd məni öldürür, ölə bilmirəm,

Aylarım olubdu il, Dərələyəz!

Sənsiz lal olubdu dil, Dərələyəz!”

Həsən Mirzəyev “Dağlar” şeirində də yurd həsrətindən bəhs edir, uşaqlıq xatirələrini yada salır. Görkəmli filoloq-şair xalqın Qərbi Azərbaycandan didərgin salınmasından sonra bu torpaqlarda vaxtiylə mövcud olan qaynar həyatın, sevinc və xoşbəxtlik dolu illərin başa çatdığını ağrı hissi ilə vurğulayır:

“Uşaqlığım — ən xoş çağım,

Səndə keçib, səndə dağlar.

Ətəyində bağça, bağım,

Qalıb məndən gendə, dağlar.

Hanı o oğuz ellərin,

Nədən solubdu güllərin,

Niyə lal olub dillərin,

Susma dillən sən də, dağlar.

Yurdunda elin görünmür,

Ocaqların yanıb sönmür,

Yan tütəyin səsi gəlmir,

Döz bu dərdə sən də, dağlar.

Göyçə göldən duman enə,

Göytəpədə çən sürünə,

Yağışdan sonra görünə,

Göy qurşağı səndə, dağlar”.

Şeirdən də göründüyü kimi, böyük dilçi “Dağlar” şeirində sadəcə sahibsiz qalan doğma yurd yerindən bəhs etmir, həm də Qərbi Azərbaycanımn unikal təbiətini parlaq boyalarla göz önündə canlandırır, diqqəti bu torpaqların təkrarsız gözəlliklərinə cəlb edir.

Həsən Mirzəyevin Aşıq Mehdi ilə “Dərələyəzdə” adlı deyişməsində də Qərbi Azərbaycanın gözəlliklərindən, xalqımızın minilliklər boyu bu torpaqlardakı həyat tərzindən, qəhrəmanlığından, yazıb-yaratmaq eşqindən bəhs edilir. Böyük alim sözügedən deyişmədə Qərbi Azərbaycandakı qədim tarixi abidələrin, qala və digər tarixi məkanların adını çəkir, hətta qədim alban məbədlərindən belə bəhs edir:

“Salsalın qalası məğrur, vüqarlı,

Qoçdaşlı qəbirlər sinəsi dağlı,

Alban kilsələri sirli-soraqlı,

Salıb tarixə iz Dərələyəzdə”.

Ədəbi müstəvidə Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən bütöv bir nəsil yetişdirən azman…

Həsən Mirzəyev ədəbi müstəvidə Qərbi Azərbaycan həqiqətlərindən bəhs etməklə qalmır, həm də digər şair və yazıçıları da bu mövzuya toxunmağa sövq edir, bu məsələdə onlar üçün mənəvi sitmul rolunu oynayır. Məhz Həsən Mirzəyevin xidmətlərinin – elmi-ictimia müstəvidə, eləcə də gənclər arasında apardığı təbliğati işin nəticəsidir ki, hörmətli alimin sağlığında Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən bütöv bir nəsil yetişmiş, bu mövzu ilə bağlı qələmə alınan əsərlərin sayında ciddi artım müşahidə edilmişdir.

Onu da qeyd edək ki, Həsən Mirzəyevin bilavasitə təsiri və ədəbi ziyası altında yaranan bu əsərlərin çoxu məhz böyük alimə xitabən, yaxud onun şeirlərinə nəzirə olaraq yazılmış, cəmiyyətdə böyük maraqla qarşılanmışdır. Bu əsərlər gənclərin Qərbi Azərbaycanla bağlı maariflənməsi, onların tarixi həqiqətləri mənimsəməsi baxımından da mühüm rol oynamışdır. Nümunə üçün qeyd edək ki, şair Alqayıt 20 noyabr 2001-ci ildə Həsən Mirzəyevin “Dərdimi” şeirinə nəzirə yazmış, həmin şeirdə Qərbi Azərbaycandan böyük sevgi və həsrətlə söz açmışdır:

“Həsən Mirzə, dərdlərindən söz açdın,

Bir idi, yetirdin yüzə dərdimi.

Bir alim istərəm saf-çürük edib,

Əsrin yaxasından düzə dərdimi.

Qürbət darağında tel itirmişik,

Yalçın qayalarda sel itirmişik,

Vətən itirmişik, el itirmişik,

Qoy açım, söyləyim Sizə dərdimi.

Qərbi Azərbaycan – Göyçə, Zəngəzur,

Unudulan deyil dayanıb məğrur,

Hanı o dəyanət, əzəmət, qürur,

Əl atıb köksümdən üzə dərdimi.

Ulu babaların baş daşı Vətən,

Müdrik xəyalımın təlaşı Vətən,

Şəhid anaların göz yaşı Vətən,

De, hardan axtara, gəzə dərdimi”.

Əvəz Lələdağın 10 sentyabr 2001-ci ildə qələmə aldığı “Ay Həsən qağa” şeirində də Qərbi Azərbaycan həsrəti yer alır:

“Hanı Zəngəzurum, hanı Borçalım,

Bilmirəm qeyrəti kimdən borc alım,

Didərgin elimə necə əl çalım,

Ləlimdən ayrıldım, ay Həsən qağa!

Mən dərddən qaçıram, dərd məni qovur.

Ocaq məni qovur, yurd məni qovur,

Qarışıb ruzigar, sərt məni qovur,

Selimdən ayrıldım, ay Həsən qağa!

Şair soraqlayır “Ballı gözəni”,

Yaylaqda gəzəni, dağda gəzəni,

Lələdağ haraylar Həsən Mirzəni,

Zilimdən ayrıldım, ay Həsən qağa!

Yazdığı hər sətiri,  səsləndirdiyi hər cümləni Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə həsr edən Həsən Mirzəyə ünvanlanan bu cür şeirlərin sayı onlarladır. Hansı ki, bu şeirlərin, məqalə və əsərlərin hər biri öz növbəsində Qərbi Azərbaycanın gənc nəslə tanıdılması, bu torpaqlara qayıdışın vacibliyi ideyasının ictimai şüurda möhkəmlənməsi baxımından mühüm rol oynayıb.

Milli ədəbiyyatımızda Həsən Mirzə mükafatının təsis edilməsinə ehtiyac var

Həsən Mirzəyev yalnız ədəbi əsərlərində deyil, publisistik məqalələrində, parlamentdəki çıxışlarında da Qərbi Azərbaycan həqiqətlərindən bəhs edir, ermənilərin bu torpaqlarda həyata keçirdiyi vəhşiliklərdən bəhs edir. Bu qırğın və qətliyamları dəqiq tarixi faktlarla isbatlayan alim, konkret rəqəmlərə müraciət edir, etibarlı mənbələrdə yer alan statistic məlumatlara üz tutur.

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 78

Onun 18 fevral 2000-ci il tarixində  Azərbaycan Respublikasının Milli Məclisində uydurma “erməni soyqırımı”nın müzakirəsi zamanı parlamentdəki çıxışı bu baxımdan xüsusilə əhəmiyyətlidir. Həsən Mirzəyevin məlum çıxışında ermənilərin Qərbi Azərbaycanda törətdiyi cinayətləri ifşa edir, habelə Fransa və digər ermənipərəst qüvvələri bu cinayətləri görməyə səsləyirdi. Professor 18 fevral 2000-ci il tarixli çıxışında deyir:

“1905-1907-ci illərdə Dərələyəzdə bir kənddə – Hors kəndində 600 nəfəri yandırmışdılar. 1918-ci ildə bir kənddə – Amağu kəndində 300 nəfərdən artıq kişini qayadan atmışdılar. 400-dən artıq kişini, qadını, qocanı, uşağı dama, məscidə yığıb yandırmışdılar. İndi bu saat da onların – yandırılanların sümükləri oradadır. Fransızlar öz nümayəndələrini göndərsələr, oranı qazdırıb onların sümüklərini görə bilərlər.

1919-cu ildə ermənilər Kəlbəcərdəki Qanlı Dərədə yüzlərlə azərbaycanlını soyqırımına məruz qoydular. Göyçədə, Zəngəzurda nə qədər adamı doğrayıb quyuya tökdülər. 1918-ci ildə Şamaxıda, Bakıda, Qubada saya-hesaba gəlməyən qədər azərbaycanlını öldürdülər. 1948-1953-cü illərdə 200 min azərbaycanlını zorla Azərbaycana köçürdülər. Onların hamısı Muğan çölündə soyqırımına məruz qaldı. İqlimə uyğunlaşa bilməyib qırıldılar”.

Göründüyü kimi, Həsən Mirzəyev hələ bir neçə on il  bundan öncə Qərbi Azərbaycan həqiqətləri ilə bağlı ciddi məsələlər qaldırır, bu torpaqlarda törədilən erməni vəhşiliklərinə diqqət çəkməyə çalışırdı. Onun həm ədəbi, həm ictimai-siyasi xadim kimi fəaliyyəti buna xidmət edirdi. Bu baxımdan milli ədəbiyyatımızda Həsən Mirzə mükafatının təsis edilməsinə ehtiyac var. Bu, həm Həsən Mirzəyevin xidmətlərinə verilən bir dəyər, həm də gəncləri Qərbi Azərbaycanla bağlı ədəbi-elmi fəaliyyətə həvəsləndirən bir addım olar.

Bundan başqa, Həsən Mirzəyevin müəllifi oluğu əsərlərin yenidən nəşr edilməsinə ehtiyac var. Həmin əsərlərin müxtəlif xarici dillərə tərcümə edərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, dünya xalqlarını Azərbaycanın bu torpaqların tarixi sahibi olduğu həqiqətinə inandırmaq baxımından da mühüm əhəmiyyətə malikdir. Bu, ermənilərin Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı törətdiyi soyqırımlarının beynəlxalq miqyasda ifşası baxımından da mühüm addım olar.

Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!

Yuxarıda yer alan bütün təhlil və nümunələrdən göründüyü kimi, Həsən Mirzəyev Qərbi Azərbaycanla bağlı tarixi-mənəvi irsin daşıyıcısdır. Hansı ki, onun bir elm adamı kimi yazdığı əsərlər, o cümlədən onun bu əsərlərdə irəli sürdüyü ideyalar, hadisə və proseslərə yanaşma tərzi, apardığı təhlil və müqayisələr bu gün də gənclərdə böyük maraq doğurmaqda, onları heyrətləndirməkdədir. Bu mənada Ümummilli lider Heydər Əliyevin ideoloji silahdaşı Həsən Mirzəyevin xalqımızın, ədəbiyyatımızın və elmimizin yaddaşında əbədi yaşayacağı, hər zaman böyük hörmət və ehtiramla xatırlanacağı brmənalıdır. Jurnalist Seymur Əliyevin müəllifi olduğu “Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!” şeiri  də məhz bu həqiqətdən bəhs edir:

“Bir alim var, ziyası işıq saçır illərə,

Cəsarəti, zəkası düşüb dildən-dillərə,

Yurd sevgisi nəğmətək yayılıbdır ellərə,

Sözü vətənin sözü, səsi vətənin səsi,

Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!

Dərələyəz deyibən məşəl kimi yanan o,

Hər kəndi, hər kəsəyi daim yada salan o,

Dərəçiçək, Qəmərli, Əştərəki anan o,

Onu səslər vətənin Zəngəzuru, Göyçəsi,

Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!

Bir ömür vətən üçün sipər etdi sinəsin,

Kitablara çevirdi gözlərinin giləsin

Faş etdi düşmənlərin qan qoxulu hiyləsin,

O, vətən fədaisi, o bir söz sərkərdəsi,

Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!”

Seymur ƏLİYEV

Əvvəlki Yazı

Eldar Mahmudov-Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?

Növbəti Yazı

Prezident İlham Əliyev BP-nin baş icraçı direktorunu qəbul edib

EKSKLUZİV

Bakıdakı erməniəsilli şəxslər ailələrindən bağlamalar aldı

Bakıdakı erməniəsilli şəxslər ailələrindən bağlamalar aldı

19 İyun 2025 / 16:16
0
Suriyada 14 il sonra ilk: Bank köçürməsi əməliyyatı

Suriyada 14 il sonra ilk: Bank köçürməsi əməliyyatı

19 İyun 2025 / 16:00
0
Azərbaycanda ilk: 6 universitetimiz dünya reytinqində

Azərbaycanda ilk: 6 universitetimiz dünya reytinqində

19 İyun 2025 / 15:47
2
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib  

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib  

19 İyun 2025 / 15:44
0

XƏBƏR LENTİ

Bakıdakı erməniəsilli şəxslər ailələrindən bağlamalar aldı

Suriyada 14 il sonra ilk: Bank köçürməsi əməliyyatı

Azərbaycanda ilk: 6 universitetimiz dünya reytinqində

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib  

İsrail rəsmən elan etdi: Xameneini öldürəcəyik!

İşğaldan azad olunan ərazilərdə yeni su anbarları tikiləcək

Tramp “başdanxarab” dediyi Karlsonu təriflədi

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Araqçi Türkiyəyə gedir

Sabahın hava proqnozu açıqlanıb

Ermənistan 4,3 milyon avroya səfirlik binası aldı

Yeni Zelandiya İrana sanksiya tətbiq etdi

Putin dedi ki, İsrail Rusiyaya söz verib… – Peskov

Bu çimərliklərə getməyin!

İranda internet tamamilə kəsildi

İsrail xüsusi təyinatlıları İrana girəcək – Axios

Tehranda hökumət binalarını vuracağıq! – Katz

Pezeşkian xalqa müraciət etdi

Yeni komissiya yaradıldı – SƏRƏNCAM

Bəzi ərazilərdə qaz olmayacaq

Prezident İlham Əliyev BP-nin baş icraçı direktorunu qəbul edib

Həsən Mirzəyev – Qərbi Azərbaycan həqiqətlərinin ən böyük ədəbi təbliğatçısı!

Eldar Mahmudov-Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?

Rusiyada iki hava limanı bağlandı

İsrailə davamlı hücum edəcəyik – İran

Ceyhun Bayramov kanadalı həmkarı ilə telefon danışığı aparıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Vaqif Abdullayevin “IDEA-dan başladı” adlı kitabı ÇAP OLUNDU

Adil Vəliyev neft borusu üzərində market tikdirdi

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.