Suriya 14 illik vətəndaş müharibəsindən sonra SVİFT vasitəsilə ilk beynəlxalq bank köçürməsini edib.
Cumhuriyyet.az xəbər verir ki, bunu Suriya Mərkəzi Bankının rəhbəri Əbdülqadir Husriyə “Röyters”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, birbaşa ticarət əməliyyatı Suriya və İtaliya bankı arasında həyata keçirilib.