Yeni Zelandiya Rusiya və Belarus müəssisələrinə, eləcə də vətəndaşlarına yeni sanksiyalar tətbiq edib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters deyib.
Onun sözlərinə görə, sanksiyalar Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli müəssisə və vətəndaşlara, həmçinin Şimali Koreya, İran və Belarusdan olan Rusiya tərəfdarlarına qarşı tətbiq edilib:
“Ümumilikdə yeni məhdudiyyətlər 18 fiziki və hüquqi şəxsə şamil edilib”.