Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib

İyun 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

16 Oktyabr 25 / 12:32
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05
Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü  isə… – FOTOFAKT

Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü isə… – FOTOFAKT

08 Oktyabr 25 / 17:00

Məhərrəm ayı ilə bağlı fətva verilib.

Bu barədə Cumhuriyyet.az-a QMİ-dən bildirilib.

Fətvada deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.

“Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək”, – qeyd olunub.

Qazılar Şurası dindarlara xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.

QMİ Qazılar Şurası onu da diqqətə çatdırıb ki, “Dini etiqad azadlığı haqqında” Qanununun müddəalarına riayət edərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir: “Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir. Xüsusilə qeyd etmək istərdik ki, ölkəmizin suverenliyi, dövlətçiliyimizin yenilməz nüfuzu əleyhinə son dönəmlərdə güclənən erməni revanşist təbliğatına qarşı Azərbaycan din xadimləri tərəfindən qətiyyətli və davamlı şəkildə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar edilməli, xütbələr oxunmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimizin Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!”

Əvvəlki Yazı

Həftəsonu bank kartlarından 32 min manat oğurlanıb

Növbəti Yazı

Prezident Yevlaxda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

EKSKLUZİV

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

18 Oktyabr 2025 / 14:50
0
Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

18 Oktyabr 2025 / 14:48
0
Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

18 Oktyabr 2025 / 14:45
0
Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər – Faktlar

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər – Faktlar

18 Oktyabr 2025 / 14:44
2

XƏBƏR LENTİ

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər – Faktlar

Ermənistan Aİ-yə üzvlük üçün müraciət etməyə hazırlaşır

Pensiya yaşının artırılması iddiası

Paşinyan: “…mənim səhvlərimi təkrarlamayın”

DÜNƏN ALQIŞ, BU GÜN QARĞIŞ… – Mehdiyevlə bağlı əvvəl nə deyirdilər, indi nə deyirlər?

Azərbaycan Qəzzaya ordu göndərir

Araz dəhlizi işə düşür – Zəngəzur dəhlizi isə…

Müstəqillik aktı necə qəbul edilmişdi? – Tarixi faktlar

Siyavuş Novruzov üçün tarix dərsi: Ramiz Mehdiyevin toyu bitib, istintaqı gedir…

Masallı şəhər bələdiyyəsində qanun pozuntusu: 300 minlik sifariş

Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı

Əhliman Əmiraslonovun Ramiz Mehdiyev bağlantısı: Gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib?

Türkiyədə ŞOK əməliyyat – masonların rəhbəri istintaqa cəlb olundu

Mehdiyev 7 saat dindirildi – İstintaqa əsa ilə gedib

Trampla Putin arasında GƏRGİNLİK – Alyaskada planlaşdırılan şam yeməyi ləğv edildi

Parlamentdə hərbi xidmətlə bağlı MÜHÜM QANUN

AZAL-ın təyyarəsini Ramiz Mehdiyev vurdurub – Çevriliş planının yeni detalları

Saxta medal verənlərin işini bu idarə araşdırır- 3 nəfər məsuliyyətə cəlb olundu

Zəngəzurla bağlı MÜJDƏLİ XƏBƏR: nəhəng dağlar yarılır, Naxçıvana belə yol açılır – VİDEO

PKK/YPG lideri Dəməşq hökuməti ilə razılığa gəldi: “Ordu və polis sistemində vəzifələrə gətiriləcəyik”

Trampla Putin telefonda müzakirə apardı: nələr razılaşdırıldı? – “Bu, utancverici…”

“TikTok” çevrəni “daraldır” – Üç ay içində 189 milyondan çox video silinib

“Eşqi Bağırov Agentliyə buraxılmır, onun “qələmi” qırılıb”

Mehdiyevlərin “Ailə TV”si necə olacaq?

Fərhad Əhmədov məhkəmədə ifadə verdi – DTX-nın saxladığı Anass Derrazın işi

Füzulinin işğaldan azad olunmasından beş il ötür

Yağış nə vaxta qədər davam edəcək?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May   İyl »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.