Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Vətən savaşı, Qarabağ Azərbaycan deməkdir – POLİS…

İyul 2, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31

Ətrafımızda od içində yanan, yeni savaşlara, terrorizmə, dini radikalizmə, insan alverinə, silah, narkotik qaçaqmalçılığına və digər çeşidli cinayətlərə sürüklənən qan-qada dolu bir dünya var…

Təhlükəsizliyi, sabitliyi qorunmayan vətəndaş da, dövlət də eyni dərəcədə təlatümə sürüklənir. Son onillikdə bir-birinin ardınca tənəzzülə uğrayan, əhalisi savaşlarda, terrorda məhv edilən, ən yaxşı halda miqranta çevrilən ölkələrin timsalında bu həqiqəti görmək olar. Elə bir neçə gün öncə İranda əsrimizin ən genişmiqyaslı müharibəsi yaşandı, son nəsil məhvetmə silahlarının atəşi Azərbaycanın sərhədlərində aydın əks-səda verdi…

Cümhuriyyətimizin yaşıdı

Və bu dünyanın mərkəzində qərar tutmuş Azərbaycanı da oda yaxmaq istəyənlərin, bu torpaqları cinayətlərin, yeni savaşın ünvanına çevirməyə can atanların sayı o qədər çoxdur ki…

Sevindiricidir ki, Azərbaycanda bu qlobal zərərli tendensiyalara qarşı effektiv mübarizə təşkil olunub. Ölkəmizdə möhkəm təməllərə söykənən ictimai asayiş və sabitlik, vətəndaşların əmin-amanlığı etibarlı qorunur. Azərbaycan yalnız öz ərazisindəki separatçılığa qalib gəlməyib, həm də onu təhdid edən digər savaşlara da zəfər çalıb.

POLİS GUVEN.jpg (82 KB)

Bu uğurlar Qurtuluş missiyasının, dövlət siyasətinin nəticələridir, həm də bu prosesin əsas icraçılarının, o cümlədən 107 yaşı tamam olan Azərbaycan polisinin fədakarlığının göstəricisidir…

Bu gün onların – gecə-gündüz, yağışda, qarda, qızmar günəşdə asayişimizi qoruyan, vətəndaşın təhlükəsizliyi üçün özlərini qurban verən, Azərbaycanı dünyanın ən sabit ölkələrindən birinə çevirən, Vətən uğrunda şəhid olan qəhrəmanların, vətənpərvərlərin, peşəkarların, əsl dostların bayramıdır…

“Polis” sözünün ilkin mənası “dövlət” deməkdir. Azərbaycan polisinin fəaliyyəti də Azərbaycan dövlətinin müqəddəratı ilə sıx bağlıdır. Polisimiz hansı siyasi quruluşda, ictimai formasiyada çalışmasından asılı olmayaraq, daim dövlətin, vətəndaşının etibarlı mühafizi, onun güvənc yeri olub.

FEDAK.jpeg (247 KB)

Dövlətin, insanların təhlükəsizliyi məhz kiçik küçədəki asayişin təminindən başlayır. Paytaxt küçələrindən əyalət məhəllələrinədək, azad Qarabağdan Şərqi Zəngəzura qədər, Xəzər sahillərindən ən yüksəklikdə yerləşən yaşayış məntəqələrinədək hər yerdə onların – sabitliyi, sakitliyi, cəmiyyətin hüzurunu göz bəbəyi kimi qoruyan Azərbaycan polisinin izləri var.

Murovdan Xankəndiyədək Zəfər yolu

Bu izlərin – 107 illik şərəfli tarixin və dövlətçiliyə, xalqa sədaqətli xidmətin yüz minlərlə nümunəsi var. Elə müstəqillik tariximizin bütün keşməkeşli, çətin mərhələlərində, tarixi məqamların hər birinin mahiyyətində polisin sədaqətli və peşəkar fəaliyyəti əlahiddə iz qoyub. Bu gün ictimai sabitliyin təminatına, kriminogen duruma nəzarətə görə Azərbaycanın dünyada ən yaxşı nəticələrə sahib olması faktı da heç şübhəsiz, bu tarixin şərəf səhifələrindəndir. Onlar böyük zəfərə verdiyi töhfələri, cinayətkarlığa qarşı mübarizədə davamlı nailiyyətləri və pandemiya dövründəki fədakarlıqları ilə missiyalarına nə qədər sədaqətlə bağlı olduqlarını əyani nümayiş etdirdilər.

NAZİR EN SON.jpeg (92 KB)

Birinci Qarabağ müharibəsində yeganə silahlı asayiş keşikçiləri kimi savaşa ilk qatılan cəsur igidlər də onlar idi. Savaşın getdiyi bütün ərazilərdə şərəflə döyüşdülər, sıralarından 932 qəhrəmanı şəhid verdilər…

Vətən Müharibəsinin ilk dəqiqələrindən silaha sarıldılar, 44 gün ərzində erməni işğalçılarının başını əzdilər, belini qırdılar, Şuşada ucaltdıqları bayrağın timsalında örnək, qəhrəmanlıq nümunələri yaratdılar… 66 şəhidlə ölməzlik dastanı yazdılar…

POLİS VETEN.jpeg (56 KB)

23 saatlıq antiterror tədbirlərində rəşadətlə savaşaraq, minlərlə əməkdaşının qəhrəmanlığı və 20 şəhidinin müqəddəs qanı ilə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmininə şərəfli möhürlərini vurdular…

POLİS SUSA.jpeg (60 KB)

Bütövləşən Azərbaycanın asayişinin etibarlı mühafizləri indi azad edilmiş ərazilərdə ictimai qaydanın qorunması, obyektlərin mühafizəsi, terror, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınması, xüsusi reyiminin tətbiqi üzrə xidməti tapşırıqları məsuliyyətlə yerinə yetirir, öz yurdlarına dönən keçmiş məcburi köçkünlərin təhlükəsizliyini təmin edirlər.

Bizi qoruyanları biz də qoruyaq

Son illərin əlahiddə uğurları insanlarımızda rahatlıqla yanaşı, bir unutqanlıq da yaradıb və 1988-1993-cü illərin xaosu, 1995, 2003-cü illərin çətin, ziddiyyətli məqamları artıq xatırlanmır. Sanki zəfər eyforiyası yaşayırıq. Hələ də Azərbaycanda çevriliş, tənəzzül yaratmağa çalışan, bunun üçün yüz milyonlar xərcləyən fövqəlgüclərin və onların müti qulları – sapı özümüzdən olan baltaların mövcudluğunu unuduruq.

Xarici və yerli şəbəkə isə Azərbaycana qarşı rəzil mübarizəsini dayanmadan davam etdirir. Antiazərbaycançı qərəzin ən böyük hədəflərindən biri də daxili işlər orqanlarıdır. Əslində, dəyişən heç nə yoxdur, polis son 30 ildə daim bu bədnam piarın əsas ünvanlarından biri olub. Xaricdə yaşayan xainlər və onların ölkəmizdəki buyruqqulları sosial platformalarda Azərbaycan polisini daim hədəfə, qınaq obyektinə çevirməyə çalışırlar.

POLİS XİLAS SON.jpeg (39 KB)

O polisi ki, səhərdən axşama, gecədən sübhə qədər paytaxtdan ən ucqar əyalət məntəqəsinədək ərazidə, postda, ictimai asayişin keşiyindədir. Hər kəs bayram günlərində ailəsini başına yığıb istirahət etdikdə Azərbaycan polisi işə çıxır, təhlükəsizliyimizin etibarlı keşiyində dayanır, rahat bayram keçirməyimizi təmin edir. Binada qəza baş verəndə polis əməkdaşı yanğına məhəl qoymayaraq içəri daxil olur, canı bahasına insanları xilas edir. Çaylarda sellər daşanda daxili işlər orqanlarının əməkdaşları yenə də öndə olur, xilasedici, bənd möhkəmləndirmə işlərində yardımlarını əsirgəmirlər. İnsanları, həyatımızın sakit axarını qorumaqdan ötrü özlərini ölümün ağzına atırlar. Azərbaycan polisi eyni qəhrəmanlığı hər gün nümayiş etdirir…

POLİS XİLAS.jpeg (199 KB)

Azərbaycan polisinin cinayətlə, cinayətkarlarla mübarizədə keçən yuxusuz gecələrinin bahasına bu gün ictimai təhlükəsizlik mükəmməl səviyyədə qorunur, vətəndaşın həyatı, mülkiyyəti etibarlı mühafizə olunur. Biz bu əmək, fədakarlıq, qəhrəmanlıq sayəsində qazanılan sabitliyi, rahatlığı, özgüvəni həyatımızın hər saniyəsində yaşayırıq. Amma bunun hansı çətinliklər bahasına yarandığının bəlkə də heç fərqində olmuruq…

Polisdən 16 oktyabrın qisasını alırlar

Dövlətə, onun hüquqi meyarlarına, dəyərlərinə, normalarına meydan oxumaq cinayətdir, – bu, birmənalıdır. Cinayətkarı, – istər məişət xuliqanı olsun, istərsə də qatil, ya gənc olsun, yaxud da yaşlı, fərq etməz – onları bəyəm polis zərərsizləşdirməməlidir? İstər park olsun, istər qapalı məkan – əgər vətəndaşa təhlükə, onun istirahətinə maneə varsa, polis görməzdən gəlməlidir? Ətrafdakı insanların həyatına təhdid yarananda polis qaçıb gizlənməlidir?

AZER POLİS.jpg (290 KB)

Tarix heç nəyi unutmur! Biz də unutmağa imkan verməməliyik. Son 30 ilin bütün bu kimi hadisələrində dövlətə, müstəqilliyə və onların rəmzləri olan prezidentlərə qarşı silahla dirənənlərin qarşısında hüquq-mühafizə orqanları, xüsusən də polis dəyanətlə dayanıb, onları iflasa uğradıb! Sabitliyimizi, asayişimizi, dövlətimizi qorumaqla yanaşı, onların qədrini, dəyərini də bilməliyik. Elə Azərbaycan polisinin də…

Bir daha düşünək: Kimdir polis?

Bizim asayişimiz üçün özlərini qurban verən qəhrəmanlardır…

Dövlətin təhlükəsizliyini qorumaq naminə canlarını sipər edən fədailərdir…

POLİS QADİN.jpg (167 KB)

Müstəqilliyin əbədiliyi, ölkənin sabitliyi üçün terrorçunun üstünə yeriyən, cinayətkarı bir həmlədə zərərsizləşdirən igidlərdir…

Onlar həm də Vətən uğrunda şəhidlərdir, şəhid övladlarıdır və hər an şəhid olmağa hazır mübarizlərdir……

Gecə-gündüz demədən, yağışa-borana, qızmar günəşə, sərt küləyə baxmadan yollarda hərəkəti tənzimləyən, küçələrdə rahatlığı təmin edən, bədnam ünsürlərə əl-qol açmaq imkanı verməyən əsl dostlardır…

Azərbaycanı dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevirməyə müvəffəq olan peşəkarlardır…

POLİSE.jpeg (47 KB)

Məmləkətimizin vətənpərvərləridir, ər oğullarıdır…

107 illik istiqlalımızın 107 illik canlı sipərləridir…

Ən nəhayət, Vətən savaşı, antiterror əməliyyatı, Qarabağ, Şərqi Zəngəzur, Şuşa, Xankəndi, Azərbaycan deməkdir – Polis… 

İxtiyar Hüseynli,
Əməkdar jurnalist

Əvvəlki Yazı

Sabah ölkə ərazisində 33 dərəcə isti olacaq

Növbəti Yazı

Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib

EKSKLUZİV

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

12 Dekabr 2025 / 16:37
2
Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

12 Dekabr 2025 / 12:29
2
Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

12 Dekabr 2025 / 12:21
5
Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
5

XƏBƏR LENTİ

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.