Ermənistanın keçmiş prezidenti Robert Köçəryan parlamentin sədri Alen Simonyana qarşı yeni iddia qaldıraraq, ondan şərəf və ləyaqətini ləkələyən məlumatı təkzib etməyi, eləcə də üzr istəməsini tələb edib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Hetq” məlumat yayıb.
Məlumata görə, bu, artıq Köçəryanın son bir ayda Simonyana qarşı qaldırdığı ikinci iddiadır və bu iddianın digərinin davamı olduğunu demək olar.
Qeyd edək ki, Simonyan Köçəryanı casus və savadsız adlandırmışdı.