Ağdam və Ağdərə rayonları ərazisində yanğınlar davam edir.
Cumhuriyyet.az-ın xəbərinə görə, ötən gün yanğın tam nəzarətə götürülüb. Gecə saatlarında güclü külək alovu yenidən şiddətləndirib. Hazırda Ağdam rayonunun Əlimədətli, Mollalar, Ağdərə rayonunun Qazançı kəndi ərasizisində yanğınlar davam edir.
Yanğının qarşısını almaq üçün Ağdam və ətraf rayonlardan yanğınsöndürən briqadaları cəlb olunub. Bundan başqa, ərazidə FHN-nın Aviasiya dəstəsinin helikopteri yanğınla mübarizə aparır.