Sabiq deputat Xanhüseyn Kazımlı “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Cumhuriyyet.az xəbər verir ki, dəfn mərasimində ailə üzvləri və yaxınları iştirak edib.
Qeyd edək ki, Xanhüseyn Kazımlı bu gün vəfat edib.
O, 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində doğulub. Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. 1994-2023-cü illərdə Azərbaycan Sosial Rifah Partiyasına sədrlik edib.