Sabiq deputat Xanhüseyn Kazımlı bu gün vəfat edib.
Bu barədə Cumhuriyyet.az-a onun qızı Əsli Kazımova məlumat verib.
Əsli Kazımova qeyd edib ki, atası bu gün Qurdqapısı qəbiristanlığında dəfn ediləcək.
Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində doğulub.
Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.